Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İlham Əliyev: “İşğaldan azad edilmiş torpaqlarda həyat qaynayacaq”

Tarix:25-02-2021, 14:31

İlham  Əliyev: “İşğaldan azad edilmiş torpaqlarda həyat qaynayacaq”

Artıq Qarabağda infrastrukturun bərpasına başlanılıb, tezliklə həmin ərazilərdə digər quruculuq-abadlıq işləri və sosial-iqtisadi layihələr də icra ediləcək. Bunun üçün zəruri infrastruktur qurulur ki, bərpa prosesində heç bir problem yaranmasın. Bunlar bölgənin həm iqtisadi, həm də sosial inkişafının təmin olunması üçün önəmlidir.
Həmin layihələr ilk növbədə yol və elektrik enerjisi sahəsini əhatə edir. Bu sahələr üzrə infrastrukturun yaradılması bölgədə digər sosial-iqtisadi layihələrin icrası üçün mühüm faktordur. Dövlət başçısı vurğulayıb ki, məqsəd azad olunmuş torpaqların tezliklə bərpa edilməsi, insanların doğma yurdlarına qayıtması və bu torpaqlarda həyatın canlanmasıdır. Odur ki, enerji və yol layihəsinə önəm verilir. İşğaldan azad olunmuş ərazilərin inkişafı istiqamətində dövlət ciddi layihələr, tədbirlər həyat keçirir. Bu tədbirlər Qarabağı ən gözəl məkanlardan birinə çevirəcək.
İşğaldan azad olunmuş ərazilər su ehtiyatları ilə zəngindir. Bu da öz növbəsində bir çox sahələrin dirçəlməsinə töhfəsini verəcək. Qarabağ vulkanik çuxurların geniş yayıldığı ərazi olduğuna görə burada yeraltı sular mövcuddur. Onlar bulaq şəklində çaylara axır. Və bu sular ən keyfiyyətli sular hesab olunur. Minerallarla zəngin olduğuna görə, həm içmək, həm də əkin sahələrini sulamaq üçün əlverişlidir. Bu iqtisadiyyatımızın irəliləyişində dönüş yaradacaq, suvarılan torpaqların artırılması, suya olan tələbatın ödənilməsi və digər su ehtiyatlarının paylanmasına müsbət təsir göstərəcək.

Gələcəkdə Qarabağ ölkənin ən gözəl regionu kimi tanınacaq

İşğaldan azad olunmuş ərazilərin inkişafı istiqamətində dövlət ciddi layihələr, tədbirlər həyata keçirir. Bu tədbirlər sayəsində Qarabağ gələcəkdə ölkənin ən gözəl turizm məkanlarından birinə çevriləcək.
Qarabağda turizmin inkişafı, bu istiqamətdə yeni marşrutların açılması və yol infrastrukturunun genişləndirilməsi deməkdir. Hal-hazırda bu sahədə dövlət strategiyası hazırlanır. Turizm paytaxtı Şuşa olmaqla hər bir bölgənin ayrı-ayrılıqda potensialı öyrənilir.
Kəlbəcər və Laçın rayonları təbii və antropogen resurslarla zəngindir. Bu rayonların unikal relyef müxtəlifliyi burada həm yay, həm də qış turizminin perspektivlərini və dünyada çox populyar olan xarıbülbülü Şuşada, canlı olaraq seyr etmək turizm cazibədarlığını xeyli artırır. Qarabağ bölgəsi Azərbaycanın bir çox yerlərindən fərqli olaraq, qışı və yayı mülayım keçən, yaşıllıqlarla zəngin olan bir ərazidir. Belə bir unikal təbii-iqlim xüsüsiyyətləri ərazidə aqroturizmin və kənd-yaşıl turizminin də inkişafı deməkdir.
Erməni işğalından sonra burada kənd infrastrukturunun sürətlə yenilənməsi, normal həyat üçün bütün zəruri şəraitin yaradılması bölgə kəndlərini şəhərli turistlər üçün sevimli istirahət məkanı edəcək. Dağlıq ərazilərdə ekoturizm, o cümlədən alpinizm, dağa dırmanma, yaşıl turizm, arxeoloji turizm, sağlamlıq turizmi, rekreasiya kimi fəaliyyətlər inkişaf etdiriləcək.
Xudafərin körpüsü və başqa tarixi abidələr də gələcəkdə turist marşrutu ola bilər.
Qarabağda turizmin gələcək inkişafının iqtisadiyyata çoxaldıcı effektindən əlavə, çox mühüm siyasi əhəmiyyəti var. Bu gün artıq Şuşa şəhərinin və Xudafərin körpüsünün UNESKO-nun mədəni irs siyahısına salınması üçün işlərə başlanıb.

Azərbaycanın milli-mədəni irsinin bərpası

Azərbaycanın milli-mədəni irsinin bərpası, mədəniyyət və dini abidələrin şəhərsalma qaydaları nəzərə alınmaqla yenidən qurulması, onların etibarlı mühafizəsinin təşkili gündəlikdə duran əsas məsələlərdəndir.
Qarabağda dünyanın ən qədim insan məskənlərindən biri Azıx mağarasıdır. Qarabağ ərazisi paleolit dövrünün Quruçay mədəniyyəti yaradıcılarının Tunc və Dəmir dövründə mövcud olan və bir-birini əvəz edən Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətlərinin davamçılarının məskənidir.
XIX əsrə qədər Qarabağda heç bir zaman erməni etnik kütləsi olmamışdı. Qarabağın avtoxton albanlarının olmasından istifadə edərək, oraya XIX əsrdən etibarən çoxlu erməni ailəsi köçürülmüşdü.
İslam dininin qəbul edilməsi Albaniyada (Azərbaycanda) yeni bir mərhələnin başlanğıcını qoymuşdu, Azərbaycanın Qarabağ bölgəsində müsəlmanlıq dövründə çoxlu sayda məscid və minarələr inşa edilmişdir. Bununla bərabər burada Alban kilsələri və digər dini məbədlər də saxlanılmışdır.
Alban xaçı xristianlığa qədərki inamların və kainatı dərk etmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Onun bütün kompozisiyaları göylə yerin əlaqəsidir. Günəş, işıq, məhsuldarlıq simvolu kimi əks olunmuşdür.
30 il ərzində ermənilər bir çox mədəni və dini abidələrimizi uçurub-dağıdıb, qədim Alban abidələrini restovrasiya edərək erməni kilsəsi kimi qələmə veriblər.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən mütəxəssis qrupu işğaldan azad olunmuş ərazilərimizdə ermənilər tərəfindən dağıdılan dini abidələrin və məscidlərin bərpasına dair layihə üzrə işlərə başlayıb. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini abidələrin də bərpası üzrə müvafiq işlərə artıq başlanılıb.

Qarabağda başlanan quruculuq işləri

İşğaldan azad olunmuş torpaqlarımızda, əsas diqqət mərkəzində olan tikinti, abadlıq, quruculuq işləridir. Bu sahədə ilkin infrastruktur layihələrinin icrasına artıq başlanıb. Keçdiyi ərazinin relyefinin yaratdığı çətinliklərə, havanın qarlı-şaxtalı keçməsinə baxmayaraq Əhmədbəyli-Alxanlı¬-Füzuli-Şuşa yolunun inşası davam edir. Digər vacib layihə Toğanalı-Kəlbəcər yoludur. Bu yol da coğrafi çətin olan ərazidən keçir, bəzi yerlərdə yüksəklik 3500 metrə çatır. Bununla belə, işlərə artıq start verilib. Horadizdən Zəngilana, oradan Qubadlıya sonra da Laçına qədər yol çəkilməsi üçün hazırlıqlar gedir. Toğanalıdan Kəlbəcərə çəkiləcək yol da Laçın rayonuna qədər davam etdiriləcək. Belə ki, Laçın və Kəlbəcər rayonlarına iki tərəfdən-şimaldan və cənubdan yol-nəqliyyat infrastrukturu yaradılacaq.

Qarabağda polad magistrallar da şaxələnəcək, belə ki, Horadiz-Füzuli, sonra isə Füzuli-Şuşa dəmir yolunun çəkilməsi nəzərdə tutulur. Hal-hazırda Naxçıvan dəhlizinin açılması üçün də konkret işlər gedir.

Şuşa şəhərinə səfər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda Beynəlxalq hava Limanının təməlini qoydular. Füzulidə Hava Limanının tikilməsi bu şəhəri mühüm logistik mərkəzə çevirəcək. Füzuli Aeroportu Qarabağ bölgəsi üçün mühüm strateji əhəmiyyətə malikdir, həmin ərazidə yerləşən digər bölgələrimizə əcnəbi turist və iş adamlarının daha tez və rahat gəlməsini təmin edəcək. Bu layihə Yuxarı Qarabağın inkişafında çox önəmlidir. Laçın yaxud Kəlbəcər rayonunda da Hava Limanı tikilməsi nəzərdə tutulub.

Bərpa-quruculuq işlərində dost ölkələrin iştirak etməsi prioritet məsələlərdəndir. Qanunvericiliyə uyğun olaraq türk şirkətlərinə yaxından iştirak etmək üşün şərait yaradılacaq.

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır