Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır

Tarix:23-07-2021, 11:33
Baxış Sayı:142

Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır


Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdi, demokratik və hüquqi dövlət quruculuğuna başladı. Odur ki, həmin ildən Azərbaycan Avropa dəyərlərindən bəhrələnərək Avropa İttifaqı Şurası ilə əməkdaşlığa başladı.

Avropa Azərbaycan münasibətlərinin hüquqi bazası hələ Ümummilli lider Heydər Əliyevin dövründə - 1996-cı ilin aprel ayının 22 -də “Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Saziş” in imzalanması ilə başlayıb. Saziş 3 ildən sonra - 1999-cu ildən qüvvəyə minib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi vaxtdan isə Avropa İttifaqı ilə Azərbaycan daha böyük, daha geniş münasibətlərə başlayıb.

Hazırda ölkəmiz Avropa İttifaqı ilə müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla əməkdaşlıq edir. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi iri layihələrin təşəbbüskarı və fəal iştirakçısı olan Azərbaycan Avropa İttifaqının enerji tərəfdaşıdır.

2020-ci il noyabr ayının 10-da 2-ci Qarabağ Müharibəsindən sonra Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə imzaladığı bəyannamədə əks olunduğu kimi regionda bütün kommunikasiyaların açılması üçün artıq yeni imkanlar var. Bu gün də geniş əməkdaşlıq üçün daha böyük şərait yaranıb.

2021-ci il yanvar ayının 1-də Azərbaycan İtaliya, Yunanıstan, Bolqarıstan və başqa Avropa İttifaqı Şurasına üzv olan dövlətlərə 3 milyard kubmetrdən çox qaz ixrac edib. Bu ixracat davam edəcək və gələcəkdə də ixrac ediləcək təbii qazın həcminin daha da artması gözlənilir.

Azərbaycanın potensialı qaz təchizatı sahəsində daha da artacaq və bu sahədən ölkəmizlə yanaşı Avropa İttifaqına üzv olan dövlətlər də yararlanacaq. Azərbaycan qazı həm də yeni mənbədən və yeni marşrutdan olan qazdır. Bu da həmin layihəni enerji təhlükəsizliyi layihəsinə çevirir.

Azərbaycanın coğrafi mövqeyi olduqca əlverişli sayılır. Tranzit qovşağı kimi Şimal-Cənub və Şərq-Qərb dəhlizləri ölkəmizin əhəmiyyətini daha da artırır. Avropa İttifaqı ölkələri Azərbaycanın xarici ticarət dövriyyəsində əsas yeri tutur.

Avropa İttifaqı həm də Azərbaycanda böyük investordur.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Qafqazın 3 ölkəsinə səfəri, Avropanın iştirakı Avropa gündəliyini nümayiş etdirir və bu ölkələrimizin gündəliyinə tam uyğundur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir: “Prezident Mişelin Azərbaycana səfəri bizim tərəfdaşlığımızın yaxşı göstəricisidir. Avropa ittifaqı bizim üçün yaxın tərəfdaşdır. Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü, siyasi təmaslarımız əlbətdə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradar. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötən ilki ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard ABŞ dolları idi.

Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Biz üzv ölkələrlə ikitərəfli əlaqələrdə çox fəalıq.
Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə starteji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib.

Beləliklə, Avropa İttifaqına üzv dövlətlərdən üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir”.

Cənab Prezident İlham Əliyev enerji təhlükəsizliyi ilə bağlı da bir çox məqamları nəzərə çatdırdı. Cənub Qaz Dəhlizi layihəsini tarixi nailiyyət kimi qiymətləndirdi. Ölkə Prezidenti qeyd etdi ki, Cənub Qaz Dəhlizinin sonuncu - dördüncü seqmenti olan Trans -Adriatik kəməri artıq istismara verilib.
Cənub Qaz dəhlizi layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur.

Azərbaycan Prezidenti eyni zamanda qeyd etdi ki, Şarl Mişelin Cənubi Qafqazın 3 ölkəsinə səfəri Avropa gündəliyini nümayiş etdirir və bu, bizim gündəliyimizə uyğundur. Bu məsələdə də bizim fikirlərimiz üst-üstə düşür və əlbəttə ki, bağlılıq və işğaldan azad edilmiş ərazilərin yenidən qurulması məsələləri baxımından münaqişədən sonrakı inkişaf hər zaman aramızdakı gündəlikdə olacaq.

Şəhla Ağbulud

Törətdikləri cinayətlərə görə Ermənistan hökuməti məsuliyət daşımalı və təzminat ödəməlidir
Törətdikləri cinayətlərə görə  Ermənistan hökuməti məsuliyət daşımalı və təzminat ödəməlidir
Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi cinayət törətdiyinə görə məsuliyyət daşımalıdır
Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi cinayət törətdiyinə görə məsuliyyət daşımalıdır
Abşeronda şəhid ailələri ilə görüşlər davam edir
Abşeronda şəhid ailələri ilə görüşlər davam edir
“Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik”
“Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik”
İradə Gülməmmədova 600-dən yuxarı bal toplayan abituriyentlərlə görüşdü
İradə Gülməmmədova  600-dən yuxarı bal toplayan abituriyentlərlə görüşdü
Vaqif poeziya günləri bərpa edildi
Vaqif poeziya günləri bərpa edildi
Ölkəmizdə şəhid ailələrinə, qazi və müharibə əlillərinə xüsusi qayğı göstərilir
Ölkəmizdə şəhid ailələrinə, qazi və müharibə əlillərinə xüsusi qayğı göstərilir
Mehriban Əliyevanın xeyirxah missiyası bütün dünyaya bəllidir
Mehriban Əliyevanın xeyirxah missiyası bütün dünyaya bəllidir
Abşeronda həftə ərzində COVİD-19 əleyhinə genişmiqyaslı maarifləndirmə tədbirləri keçirilib
Abşeronda həftə ərzində COVİD-19 əleyhinə genişmiqyaslı maarifləndirmə tədbirləri keçirilib
OPERATİV QƏRARGAHIN BRİFİNQİ - VİDEO (20.08.2021)
OPERATİV QƏRARGAHIN BRİFİNQİ - VİDEO (20.08.2021)
COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlanıb.
COVID-19 pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlanıb.
Azərbaycan Ermənistan sərhəddində söz sahibi bizik”
Azərbaycan Ermənistan sərhəddində söz sahibi bizik”
“Biz Bakıda avtomobilə əyləşib rahatlıqlaTürkiyəyə və Naxçıvana keçməliyik”
“Biz Bakıda avtomobilə əyləşib rahatlıqlaTürkiyəyə və Naxçıvana keçməliyik”
Yaşı 18-ə çatmamış şəxsləri, hamilə qadınları, süd verən anaları qorumaq üçün hamı peyvənd olunmalıdır
Yaşı 18-ə çatmamış şəxsləri, hamilə qadınları, süd verən anaları qorumaq üçün hamı peyvənd olunmalıdır
Abşeronda pandemiya əleyhinə aparılan genişmiqyaslı tədbirlər sakinlər və sahibkarlar tərəfindən müsbət şəkildə qarşılanır
Abşeronda  pandemiya əleyhinə aparılan  genişmiqyaslı tədbirlər sakinlər və sahibkarlar tərəfindən müsbət şəkildə qarşılanır
Ölkəmiz hərtərəfli inkişaf edir
Ölkəmiz hərtərəfli inkişaf edir
Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır
Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır
Abşeronda 2 mindən çox insana Qurban payı verildi
Abşeronda 2 mindən çox insana Qurban payı verildi
Demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil
Demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil