Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə növbəti layihəsi

Tarix:17-02-2015, 22:05

Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə növbəti layihəsi
21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib. YUNESKO 2000-ci ildən etibarən 21 fevralın "Dünya Ana Dili Günü" olaraq qeyd olunmasını elan etmişdir. YUNESKO-nun hesablamalarına görə 21-ci əsrin sonuna qədər mövcud olan dillərin yüzdə 50-si yox olacaqdır.
Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1970-ci ildə qoyulub: Heydər Əliyev həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi. Müstəqillik ərəfəsi və onun ilk illərində dilin adının dəyişdirilməsi, onunla bağlı ənənələrin nəzərə alınmaması indi də təəssüf doğurur. 1995-ci ildə qəbul edilən Konstitusiya ilə dövlət dilinin adı bərpa olundu. Bundan sonra hökumət səviyyəsində Ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. ...Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin Ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyamıza görə, heç kəs Ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. 2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addımdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür. Ana dilimizi qorumaq, inkişaf etdirmək bizim də borcumuzdur.
Elə bu məqsədlə Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun təşəbbüsü və Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi, Abşeron rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Abşeron rayon Heydər Əliyev Mərkəzində Ana dilinə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə rayonun ümumtəhsil məktəblərində işləyən kitabxana işçiləri, uşaq-gənclər birliyi rəhbərləri və Azərbaycan dili və ədəbiyyatı müəllimləri iştirak etdilər.
Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun nümayəndəsi, BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının baş müəllimi, jurnalistika fakültəsində elmi işlər üzrə dekan müavini Sevinc xanım Əliyeva tədbiri öz mükəmməl çıxışı ilə açdı.O, öz çıxışı ilə cəmiyyətin tərbiyə bünövrəsi olan məktəbə, bünövrəni hazırlayan bənnalara- müəllimlərə müraciət edərək şagirdlərə öz dilimizi sevməyi , onu digər dillərdən keçən sözlərlə eroziyaya uğratmamağa çağırmağı xahiş etdi.Sevinc xanım elektron vasitələrdən istifadə edərək,diqqəti şəhərlərimizin ticarət obyektlərinin üzərindəki reklam lövhələrinə yönəltdi. O, bildirdi ki, bu lövhələrdə ingilis dilindən istifadə olunaraq müxtəlif, dilimizə uyğun olmayan reklam yerləşdirilir bu isə həm qanunlar , həm də dilimiz üçün yolverilməz haldır.
Daha sonra Rayon Qadınlar Şurasının sədri Teyyibə Hüseynova çıxış edərək , dilimizin zənginliyindən, onun axıcı ahəngindən danışdı.
Saray qəsəbə 3 nömrəli məktəbin şagirdləri danışıq dilinin ünsiyyət üçün , bir xalq üçün nə qədər dəyərli bir vasitə olduğunu ifadə edən şeirlər söylədilər.
Tədbirdə Abşeron Rayon Təhsil Şöbəsinin müdir müavini Pərviz Əhmədov və rayonun bütün tam orta məktəb rəhbərləri iştirak edirdi.
Redaktor:Çinarə Sadıxova
Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə növbəti layihəsi
Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə növbəti layihəsi
Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə növbəti layihəsi
Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə növbəti layihəsi
Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə növbəti layihəsi
Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə növbəti layihəsi


Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var