Abşeronlu gənclərin “Şuşanı unutmadıq” mövzusunda fləşmobu
Tarix:9-05-2015, 03:08
Mayın 8 –də Xırdalan şəhərindəki Heydər Əliyev parkında “Şuşanı unutmadıq “ mövzusunda fləşmob keçirilib.
Fləsmobda iştirak edən Xırdalan şəhər 2 saylı tam orta məktəbin 200-dək şagirdi “Şuşa” sözünü yazıblar. Tədbirdə “Qarabağ şikəstəsi” və “Şuşanın dağları” mahnıları da səsləndirilib.
Tədbirin təşkilatçıları Şamo Əliyev və Ədalət Çamalova redaksiyamıza bildiriblər ki, tədbirin kecirilməsində əsas məqsədi gənclərə vətənpərvərlik ruhu aşılamaq və onları işğal olunmuş rayonlarımızın mədəniiyəti və tarixi haqqında yetərincə məlumatlandırmaqdan ibarətdir.
Qeyd edə ki,Fləşmob-da gənclərlə yanaşı, Abşeron rayon icra hakimiyyətinin birinci müavini İradə Gülməmmədova və digər rəsmilər iştirak ediblər