Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda “Günahsız günahkarlar” tamaşası nümayiş etdirilib

Tarix:10-11-2017, 01:32

Abşeronda  “Günahsız günahkarlar” tamaşası nümayiş etdirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyul 2014-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Milli Fəaliyyət Planında təhsil müəssisələrində insan alveri ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi aidiyyəti dövlət təşkilatları qarşısında mühüm bir vəzifə kimi qoyulub.

Abşeron rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində Gənclər və İdman Nazirliyinin sifarişi ilə Bakı Uşaq Teatrı tərəfindən insan alverinə qarşı mübarizə məqsədilə hazırlanmış “Günahsız günahkarlar” tamaşasına Abşeron rayonunun orta məktəblərinin yuxarı sinif şagirdlərinin ictimai baxışı etdirilib.

Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev çıxış edərək qeyd edib ki, “Günahsız günahkarlar” tamaşasının mövzusu müasir dövrümüz üçün aktualdır. Belə ki, hazırda dünyanın bütün ölkələri insan alveri, silah alveri, narkomaniya, məcburi əməyə cəlb edilmə və digər ağır cinayətlərlə qarşılaşıblar. Bu tamaşa müasir dövrümüzün qlobal problemlərindən biri olan insan alverinin tanıdılmasına həsr olunub. Tamaşa cəmiyyətin bu ümumbəşəri bəlaya qarşı maarifləndirməsi baxımından mühüm əhəmiyyət kəsb edir və bu günümüzlə çox səsləşir.

“Günahsız günahkarlar” tamaşasının rejissoru Bakı Uşaq Teatrının bədii rəhbəri və direktoru İntiqam Soltan, ssenari müəllifi isə Arzu Soltandır. Tamaşada insan alveri, həmçinin insan orqanlarının transplatasiyası, cinsi istismara məruz qoyma və məcburi əməyə cəlb edilmə kimi ağır bəşəri cinayətlərin faciəli nəticələri təsirli şəkildə tamaşaçıya çatdırılır. Eyni zamanda insanların sadəlövlüyündən, təcrübəsizliyindən və məlumatsızlığından sui-istifadə edərək onları bu faciəli yola sürükləyən mənəviyyatsız şəxslər kəskin tənqid edilirlər. Tamaşa həm də belə mənfi hallardan düzgün nəticə çıxarmaq baxımından mühüm əhəmiyyət kəsb edir və ibrətamiz əhəmiyyətə malikdir.

Məlumat üçün onu da qeyd edək ki, bu tamaşa artıq respublikamızın bir çox bölgələrində və ali təhsil müəssisələrində nümayiş etdirilib və böyük marağa səbəb olub.

Aktual mövzu və özünəməxsus rejissor həllinə malik olan “Günahsız günahkarlar” tamaşası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Şamo Əliyev

Abşeronda  “Günahsız günahkarlar” tamaşası nümayiş etdirilib
Abşeronda  “Günahsız günahkarlar” tamaşası nümayiş etdirilib
Abşeronda  “Günahsız günahkarlar” tamaşası nümayiş etdirilib
Abşeronda  “Günahsız günahkarlar” tamaşası nümayiş etdirilib
Abşeronda  “Günahsız günahkarlar” tamaşası nümayiş etdirilib
Abşeronda  “Günahsız günahkarlar” tamaşası nümayiş etdirilib
Abşeronda  “Günahsız günahkarlar” tamaşası nümayiş etdirilib

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident