05-07 yanvar tarixlərində Türkiyənin Samsun şəhərində Uşu-sanda üzrə 7 ölkənin 500-dən çox idmançının iştirakı ilə bəynəlxalq turnir keçirilib. Bu yarışa uşu-sanda idman növü üzrə gənclərdən ibarət yığma komandanın baş məşqçisi Elçin Eminovun rəhbərliyi ilə yollanan Abşeron idmançıları turnirdə uğurla çıxış edərək 7 medal qazanıblar. Beynəlxalq turnirdə 3 qızıl medala sahib çıxan təmsilçilərimiz 3 dəfə fəxri kürsünün ikinci pilləsinə, 1 dəfə isə üçüncü pilləsinə qalxıblar.
Qızıl medal Elçin Eminov (56 kq), Məmmədzadə Ayxan (52 kq), Rasim Kərimov (75 kq)
Gümüş medal Tural Hacıməmmədli (48 kq), Emin Abbasov (65 kq), Hüseyn Simiyev (65 kq)
Bürünc medal Rəhman Həmidli (70 kq)