Rəşad Sadıqov Azərbaycan futbolunda rekord müəyyənləşdirdi
Azərbaycan milli komandasının və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov rekord müəyyənləşdirib. Bu gün AFFA tərəfindən ilin ən yaxşı oyunçusu seçilən mərkəz müdafiəçisi veteran hücumçu Samir Ələkbərovu geridə qoyub.
Sadıqov və Ələkbərov müvafiq vaxtlarda 3 dəfə ölkənin ən yaxşısı olmuşdular. Rəşad bu gün də ən yaxşı seçilməklə, Ələkbərovu arxada qoyub və rekord müəyyənləşdirib.
Qeyd edək ki, Rəşad Sadıqov başa çatmaqda olan ildə həm “Qarabağ”ın, həm də Azərbaycan yığmasının heyətində sabit oyun sərgiləyib.
Elməddin Əmirov