Topaz Premyer Liqasında son iki ayın ən yaxşıları müəyyənləşib. Sentyabr ayının ən yaxşı oyunçusu adına Əfran İsmayılov (Bakı), oktyabr ayının ən yaxşı futbolçusu adına isə Reynaldo layiq görülüb.
Sentyabr ayının ən gözəl qolunun müəllifi Əfran İsmayılov olubsa, oktyabrda bu nominasiyaya Rauf Əliyev layiq görülüb.
Qeyd edək ki, ayın ən yaxşı oyunçusu 1000 manat, ən yaxşı qolunun müəllifi isə 1500 manat qazanır
Elməddin Əmirov