Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ərkivan qəsəbə mədəniyyət evində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında açıq rayon birinciliyində lənkəranlı idmançılar da iştirak ediblər.
Bölgə müxbiri xəbər verir ki, yarışda 98 yeniyetmə və gənc 10 çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıb.
İki gün davam edən birinciliyin qalibləri rayon gənclər və idman idarəsinin diplomları və medallarla mükafatlandırılıblar.