Bu gün Topaz Premyer Liqasında XXVI tura start veriləcək.
İlk oyun günündə 1 qarşılaşma baş tutacaq.
Tura Gəncədə start veriləcək. Çempionatı sonuncu yerdə baş vuracağı rəsmiləşən "Kəpəz" doğma azarkeşlər önünə çıxacaq. Qərblilər mükafatlar uğrunda mübarizə aparan "Sumqayıt"ı qəbul edəcək.
Son iki görüşdə xal qazana bilməyən Samir Abasovun yetirmələri uğursuzluqlara autsayderlə matçda son qoymağa çalışacaq. Qərblilər isə qonaqların hazırkı durumundan yararlanmaq üçün mübarizə aparacaq.
Qeyd edək ki, Gəncə şəhər stadionundakı oyun saat 16:00-da başlayacaq.
Topaz Premyer Liqası - XXVI tur
4 may (cümə)
16:00. "Kəpəz" - "Sumqayıt"
Mövsümün əvvəlki oyunları: 1:2, 0:3, 1:2
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Vüsal Qənbərov, Vüqar Həsənli
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-isnpektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu