Murad Dadaşov Qarabağ əlillərinə avtobus hədiyyə etdi — Canlı yayımda açıqlandı
Tarix:19-10-2019, 12:44
MGP-nin rəhbəri, Xalq artisti Murad Dadaşov “Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyası”na avtobus hədiyyə edib. Müğənni Roza Zərgərlinin şounun “Xanımlar və cənablar-2” sürətində udduğu avtomobilin aqibəti bəlli olub.
Belə ki, həmin avtomobil dəyişdirilərək avtobusla əvəz olunub. Bu barədə şounun layihə rəhbəri M.Dadaşov ATV-nin canlı efirində məlumat verib.