Abşeron qəzetinin yeni sayı
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
10-02-2018, 15:55 Oxunub: 359

Abşeronda Türkiyəli iş adamının qurduğu istixanada şitillər arılar vasitəsilə tozlandırılır

Abşeronda Türkiyəli iş adamının qurduğu istixanada şitillər arılar vasitəsilə tozlandırılır


İstixanalarda yetişdirilən kənd təsərrüfatı məhsullarının rentabelliliyinin yüksək, əldə edilən məhsulun həcminin çox olması sahibkarların bu sahəyə marağını artırıb. Əvvəllər ənənəvi olaraq bir çox tərəvəz məhsulları açıq şəraitdə istehsal edildiyi üçün yerli istehlakçılar həmin məhsulları yalnız mövsümdən-mövsümə istehlak edə bilirdilər. Lakin son zamanlar tərəvəz məhsullarının istixanalarda yetişdirilməsi onlardan bütün ilboyu istifadəni mümkün edir.

Abşeron rayonunun kənd və qəsəbələrində də mövcud istixanaların əraziləri genişləndirilir, yeniləri salınır. Təkcə 2017-ci ildə 142 hektar sahədə müasir tipli istixana kompleksi inşa olunub.

Ölkəyə gətirilən müasir texnologiya fermerlərə məhsuldarlığı 5-6 dəfə artırmaq imkanı verir. Bu isə məhsulun satış qiymətinin aşağı düşməsini şərtləndirir. Fermer qapalı şəraitdə bitkinin istiliyə, suya, işıqlanmaya, qida maddələrinə olan tələbatını asanlıqla ödəyə bilir. Üstəlik, istixanalarda zərərvericilərə, xəstəliklərə qarşı mübarizə tədbirlərini vaxtlı-vaxtında aparmaq və effektli nəticə əldə etmək asan olur.

Türkiyəli iş adamı Kamal Yılmaz Abşeron rayonuna təhkim olunmuş Zirə Südçülük Tərəvəzçilik Sovxozunda 5 ildir ki, şitil yetişdirməklə məşğuldur. Hazırda onun istixana kompleksində il ərzində 15 milyon tərəvəz şitili yetişdirilir. Səpilən toxumların tam şitil formasını alması üçün 40 gün kifayət edir. Yaxınlıqda fəaliyyət göstərən fermerlər tərəvəz şitillərini buradan alırlar.

Kamal Yılmaz bildirib ki, istixanalarda şitillər arılar vasitəsilə tozlandırıldığı üçün ekoloji cəhətdən sağlamdır, insan orqanizminə heç bir zərəri yoxdur: “Əvvəllər Azərbaycanda istixanalarda şitillər hormonal gübrə ilə yetişdirilirdi. Lakin bizim istixanada şitillərin 90 faizi orqanik şəkildə arılar vasitəsilə tozlandırılır. Sahəsi 1,2 hektar olan istixanada ildə 10-15 milyon arası 4-5 çeşid şitil yetişdirilir. Azərbaycan dövləti kənd təsərrüfatının inkişafına çox böyük dəstək göstərir. Həm aşağı faizlə kredit verilir, həm də gömrükdən keçid asanlaşdırılıb”.

Qeyd edək ki, türkiyəli iş adamının saldığı istixanalarda onlarla yeni iş yeri yaradılıb.

Abşeronda Türkiyəli iş adamının qurduğu istixanada şitillər arılar vasitəsilə tozlandırılır
Abşeronda Türkiyəli iş adamının qurduğu istixanada şitillər arılar vasitəsilə tozlandırılır
Abşeronda Türkiyəli iş adamının qurduğu istixanada şitillər arılar vasitəsilə tozlandırılır
Abşeronda Türkiyəli iş adamının qurduğu istixanada şitillər arılar vasitəsilə tozlandırılır
Abşeronda Türkiyəli iş adamının qurduğu istixanada şitillər arılar vasitəsilə tozlandırılır
Abşeronda Türkiyəli iş adamının qurduğu istixanada şitillər arılar vasitəsilə tozlandırılır
XƏBƏR LENTİ
Bu gün, 14:29 | Abşeron Təhsil Şöbəsində görüş keçirilibBu gün, 14:24 | “Payız uşaqların gözü ilə” adlı tədbir keçirilibBu gün, 14:13 | 5 kameralı iPhone konsepti təqdim olunubBu gün, 14:11 | San-Fransisko şəhəri Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə qəbul edibBu gün, 14:00 | Smartfon məktubları cavablandıracaqBu gün, 13:58 | Milli Məclis bu gün növbəti iclasa toplanırBu gün, 13:51 | Azərbaycan "Qastronomiya turizmi" nominasiyasında ilk üçlüyə daxil olubBu gün, 13:48 | Zakir Həsənov Çexiyaya səfər edəcəkBu gün, 13:34 | Azərbaycanda yeni mərkəz yaradılıbDünən, 14:21 | Abşeron rayonunda fəal qadınlarla görüş keçirilibDünən, 14:06 | Hicran Hüseynova Abşeron rayonunda vətəndaşları qəbul edibDünən, 10:15 | "Azərbaycanın indiki inkişaf səviyyəsinə gəlib çıxması Prezident İlham Əliyevin planetar təfəkkürünün, geniş və yorulmaz fəaliyyətinin nəticəsidir" - Musa QasımlıDünən, 10:10 | Süni intellekt elektron ticarətə uğur qazandırırDünən, 10:04 | Bu agentlik ETSN-in tabeliyinə verilibDünən, 09:59 | Azərbaycan vətəndaşları üçün Almaniyaya viza verilməsi prosesi sadələşdirilə bilər13-10-2018, 10:37 | Gənc Parlamentarilərin Forumu keçiriləcək13-10-2018, 10:34 | Silisiumu əvəzləyəcək texnologiya hazırlanıb13-10-2018, 10:32 | Azərbaycana doluvuran qurğu gətirildi12-10-2018, 16:00 | Abşeronda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib12-10-2018, 15:47 | İradə Gülməmmədova Fatmayı kəndində vətəndaşları fərdi qaydada qəbul etdi12-10-2018, 14:49 | ABŞ Prezidentinin müşaviri Cənubi Qafqaz regionuna səfərə gəlir12-10-2018, 14:44 | Azərbaycan multikulturalizmi ABŞ-da keçirilən simpoziumda müzakirə olunub