Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bu gün dünyanın enerji xəritəsində yeni əməkdaşlıq formatı yaranıb

Tarix:26-12-2018, 14:15

Bu gün dünyanın enerji xəritəsində yeni əməkdaşlıq formatı yaranıb


Bu gün dünyanın enerji xəritəsində bir növ Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı yaranıb. Bu sözləri Prezident İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində deyib.

Ölkə başçısı bildirib ki, bu gün dünyanın enerji xəritəsində bir növ Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı yaranıb. Bu əməkdaşlığın həm ikitərəfli, həm də üçtərəfli planda böyük perspektivləri var: “Biz enerji layihələrimizi hələ 2000-ci ilin əvvəllərində neft-qaz kəmərlərinin tikintisi ilə həyata keçirməyə başlamışıq. Çünki dünya bazarlarına çıxmaq üçün biz mütləq infrastruktur qurmalı idik. Bizim açıq okeana çıxmaq imkanımız yoxdur. Rusiya nisbətən yaxın vaxtlarda bu istiqamətdə addımlar atıb. Hərçənd biz xatırlayırıq ki, xeyli illər əvvəl “mavi axın” layihəsi gerçəkləşdirilmişdi. Bu barədə indi bir az unudublar. Amma axı bu da Rusiyadan Türkiyəyə Qara dənizin dibi ilə qaz kəmərinin inşası layihəsi idi. Yəni, prinsipcə, bu il “Türk axını”nın dəniz fazasının açılmasında yeni heç nə yoxdur. Sadəcə, Rusiya ilə Türkiyənin yüksək səviyyədə qarşılıqlı siyasi fəaliyyəti bu layihənin reallaşmasına, yaxud da gerçəkləşməsini sürətləndirməyə imkan verib. Buna görə də biz Rusiya və Türkiyənin dostları kimi bu layihəni alqışladıq və həmin layihənin açılış mərasimində yüksək hökumət səviyyəsində iştirak etdik”.

“Cənub Qaz Dəhlizi” layihəsinə gəlincə, bu ilin mayında həmin layihə rəsmən işə düşüb. Bu, özündə dörd mühüm müstəqil layihəni birləşdirən layihədir. Bu, iri “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi və inteqrasiya olunmuş üç qaz kəmərinin tikintisidir. Bu gün bu layihənin dörd seqmentindən üçü artıq reallaşıb və mayda Cənub Qaz Dəhlizinin rəsmi açılışından sonra iyunda TANAP layihəsinin açılışı oldu. Beləliklə, biz Türkiyə, daha sonra isə Avropa bazarlarına daha böyük həcmdə qaz nəql edəcəyik. Bu da bizim siyasətimizin davamıdır, çünki hələ 2007-ci ildə biz Bakıdan Türkiyənin Ərzurum şəhərinə qədər qaz kəməri açmışıq və Türkiyə bazarına qaz ixracatçısıyıq. Cənub Qaz Dəhlizi bizə Türkiyə bazarına qazın ixracını iki dəfə artırmağa, eləcə də Türkiyənin ətrafındakı ölkələrin bazarlarına, sonra isə Qərbi Avropaya çıxmağa imkan verəcək. Bu, bizə böyük qaz potensialımızı reallaşdırmaq imkanı verəcək, xəzinəmizə milyardlarla dollar gətirəcək. Bu, artıq on minlərlə iş yeri yaradıb və əlbəttə ki, Avrasiyanın tamamilə yeni enerji xəritəsini yaradır. Azərbaycanın, Rusiyanın və Türkiyənin bu istiqamətdə səylərini birləşdirməsi bizə nəinki planlarımızı tamamilə reallaşdırmağa, maraqlarımızı təmin etməyə imkan verəcək, həm də enerji ehtiyatlarımızın və nəqliyyatın inkişafı baxımından çox gözlənilən siyasət deməkdir”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır