Abşeron qəzetinin yeni sayı
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
8-07-2019, 14:48 Oxunub: 261

Gömrük işi sahəsində Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb

Gömrük işi sahəsində Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb

Amerika Birləşmiş Ştatlarının Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb.

Yekun tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli təlimin gömrük xidməti nümayəndələri üçün səmərəli keçdiyini, praktik bilik və vərdişlərin artırılması baxımından əhəmiyyətli olduğunu deyib. Qeyd olunub ki, beş gün müddətində amerikalı ekspertlər tərəfindən qaçaqmalçılıq hallarının aşkar edilməsi, nəqliyyat vasitələrinin yoxlanılması, texniki nəzarət vasitələrindən istifadə və riskin müəyyən edilməsi üsulları ilə bağlı təcrübə öyrədilib. Naxçıvan Şəhər və Sədərək Gömrük idarələrində praktik məşğələlər keçirilib.

Bu cür layihələrin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayan komitə sədri gömrük işi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və iş prosesində tətbiqinin uğurlu nəticələr verdiyini önə çəkib.

ABŞ-ın Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramının Türkiyə və Azərbaycan üzrə müşaviri Kis Roberts Naxçvanda keçirilən təlimin təşkilatçılıq, proqamın əhatəliliyi və iştirakçıların fəallığı baxımından yaddaqalan olduğunu vurğulayıb. O, gələcəkdə də bu cür tədbirlərin keçirilməsində maraqlı olduqlarını qeyd edərək yaradılan şəraitdən və göstərilən qanaqpərvərlikdən duyduğu məmnunluğu dilə gətirib.

Sonda Amerika Birləşmiş Ştatlarının Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycan-Türkiyə birgə təlimi müvəffəqiyyətlə başa vurmuş gömrük əməkdaşlarına sertifikatlar və qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, qonaqlar təlim çərçivəsində Naxçıvanın qədim tarixi abidələrini ziyarət edib, gəzməli-görməli yerləri ilə tanış olublar.

Gömrük işi sahəsində Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb

Gömrük işi sahəsində Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb
XƏBƏR LENTİ
Bu gün, 12:16 | “Yeni şəhər” kompleksi bu cəmiyyətin balansına verildiBu gün, 12:15 | Nazir əmr imzaladıBu gün, 12:14 | Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilibBu gün, 10:00 | Diqqət! Aritmiya ölümlə nəticələnə bilərBu gün, 09:59 | Bir ovuc tum bizi 10 xəstəlikdən qoruyurBu gün, 09:57 | Qarpız və yemişi yeməkdən dərhal sonra yeməyin! ZiyanlarıBu gün, 09:55 | 40 dildə ünsiyyət imkanı yaradan mükəmməl tərcümə aparatı hazırlanıbBu gün, 09:53 | Qarabağ bölgəsindəki arxeoloji abidələr xəritələşdirilibDünən, 15:49 | Diqqət! Allüminium qablar intellekti və ürəyi zəiflədirDünən, 15:46 | Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiqlənibDünən, 15:45 | Vyetnamın vitse-prezidenti Azərbaycanla əməkdaşlığı dəyərləndiribDünən, 14:45 | Hər gün toxunduğumuz ən çirkli 5 ƏŞYADünən, 14:43 | Azərbaycan millisi Türkiyədə üçüncü olduDünən, 14:42 | Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaqDünən, 12:26 | Neçə saat yatmalıyıq?Dünən, 12:25 | Təzyiqi salmaq üçün dərman əvəzinə bu şirəni içinDünən, 12:24 | Arıqlamaq üçün zəncəfil çayı içinDünən, 12:22 | Göz allergiyası yay mösümünün ən geniş yayılmış xəstəliklərindən sayılırDünən, 12:18 | Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarətDünən, 12:09 | Ulu Öndərin respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilibDünən, 10:15 | İdmançılara ispanaq yemək olmaz!Dünən, 10:15 | Özbəkistan portalı ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı məqalə yayımlayıb