Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycanın AYİB-in Texniki Əməkdaşlıq Fonduna qoşulması müzakirə olunub

Tarix:5-09-2019, 15:09

Azərbaycanın AYİB-in Texniki Əməkdaşlıq Fonduna qoşulması müzakirə olunub

Azərbaycanın Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Texniki Əməkdaşlıq Fonduna qoşulması müzakirə olunub.

Nazir Şahin Mustafayev Azərbaycanda səfərdə olan AYİB-in Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone ilə görüşüb.

Azərbaycan və AYİB arasında səmərəli və uzunmüddətli əməkdaşlığı diqqətə çatdıran Ş.Mustafayev Bankın Azərbaycanda infrastruktur layihələrinin reallaşdırılmasına və özəl sektorun inkişafına göstərdiyi dəstəyi, enerji, infrastruktur, nəqliyyat sahələrində müxtəlif layihələri maliyyələşdirdiyini, banklara kredit xətti açdığını, özəl şirkətlərə birbaşa kredit ayırdığını vurğulayıb. Qeyd edilib ki, Cənub Qaz Dəhlizi layihəsinin, avtomobil yollarının tikintisi layihələrinin AYİB tərəfindən dəstəklənməsi mühüm əhəmiyyət daşıyır. Beynəlxalq maliyyə institutları, o cümlədən AYİB-lə birgə həyata keçirilən layihələrdə qabaqcıl təcrübənin tətbiq olunması, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi xüsusi önəm kəsb edir.

Görüşdə Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı və prioritetləri, özəl sektorun inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib və bütün bunların ölkəmizlə AYİB arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaratdığını diqqətə çatdırıb.

Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, aparılan müzakirələrin Azərbaycan və AYİB arasında əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb, əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bölüşüb.

Görüşdə 2019-cu ilin noyabrında Londonda keçiriləcək Şərq Tərəfdaşlığı üzrə İnvestisiya Forumu, kiçik və orta biznes sahəsində əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə Azərbaycanın AYİB-in Texniki Əməkdaşlıq Fonduna qoşulması, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə AYİB arasında əməkdaşlıq, iqtisadiyyatın müxtəlif sahələri üzrə layihələrin maliyyələşdirilməsi məsələləri müzakirə olunub.

Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var