Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Maliyyə dəstəyi ilə “Təkan” Tələbə Gənclərin İctimai Birliyinin “Yeniyetmə və gənclər arasında sosial-psixoloji maarifləndirmə tədbirləri” adlı layihəsinin təqdimatı bu dəfə Lənkəran şəhərində yerləşən Lənkəran Dövlət Humanitar Kollecində keçiribdir. Tədbirdə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov, kollecin direktoru Şaban Şəfiyev və kollecin TGT-sədri Nuray Əliyeva çıxış edərək lahiyənin əhəmiyyətindən danışdılar. Daha sonra isə TGİB-nin PR Meneceri Cavidan Heydərov layihə və təşkilat haqqında təqdimat etdi. Sonra isə təlimçi, psixoloq İbrahim Yusifov Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Maliyyə dəstəyi ilə “Təkan” TGİB tərəfindən çap edilən “Özünəqəsdin sosial-psixoloji amilləri” adlı layihə haqqında geniş təqdimat edərək təlimlər keçdi. Təlimin sonunda tələbələrə “Özünəqəsdin sosial-psixoloji amilləri” adlı kitab paylanıldı.
Baş Redaktor: Şamo Əliyev