Avropa və Amerika’da 2-9 yaş arası uşaqlar Allaha öz məktublarını yazıblar..
Sevgili Tanrım,
İndi lazım olanları yazıram: Yeni bir velosiped və balaca it.
Səni sevən Eric -5 yaşında
Not: Şaxta Baba’nın olmadığını bilirəm.
Canım canım Tanrım,
Kosmonavtların televizorda havada elə dönməklərindən qorxuram. Xahiş onların bizim evin damına düşməsinə icazə vermə.
Dostun Norman - 5 yaşında
Sevgili Tanrım,
İnsanların ölmələrinə izin verib yenilərini yaratmaq əvəzinə, niyə icazə vermirsən həmişə yaşasınlar?
Jane - 6 yaşında
Sevgili Tanrı,
Atam çox əsəbidi. Xahiş edirəm onu sakitləşdir. Amma canı yanmasın
Martin -5 yaşında
Sevgili Tanrı,
Buludlardan biri elə şəkil aldı ki çox qorxdum. Onlara de bir də elə olmasınlar
Ellen -3 yaşında
Tanrım,
Üst mərtəbədəki qonşularımız çox dalaşırlar. Məncə yalnızca ən yaxşı dostların evlənməsinə icazə ver.
Nan -5 yaşında
Sevgili Tanrı,
Bizim üçün narahat olma çünki bizim ailə çox dindardı.
Teddy -9 yaşında
Tanrım,
Kökəm deyə niyə heç kim mənlə dost olmur
Billy Jean -9 yaşında
Sevgili Tanrı,
Zürafələrin görünüşünü istəyərək belə yaratdın, yoxsa səhvən belə olublar ?
Norman -4 yaşında
Sevgili Tanrı,
Sənin yaşıva çatınca mən də sənin kimi olmaq istəyriəm. Olar?
Tommy -4 yaşında
Sevgili Tanrım,
Əgər mən Tanrı olsaydım bu qədər yaxşı olmazdım.
Michelle -6 yaşında
Sevgili Tanrı,
Hərgün istəmədən əzdiyimiz bu qarışqaların yəqin ki sənin üçün özəl bir anlamı yoxdur. Çünki istəməyərək olur, çox balacadılar.
Dennis. 6- yaşında
Gözəl Tanrım.
Qucağlaşmağı sən kəşf etmisən? Çox gözəl bir hissdi.
Brenda- 4 yaşında
Elməddin Əmirov