Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda FEVRAL ayının havası müşahidə edilir

Tarix:13-03-2018, 16:43

Abşeronda FEVRAL ayının havası müşahidə edilir


Bakıda və Abşeron yarımadasında hazırda müşahidə edilən hava şəraiti fevral ayının III ongünlüyü və mart ayının ilk günləri üçün uyğundur.

Bunu Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, hazırkı soyuq hava şəraiti fevral ayının III ongünlüyündə və mart ayının 10-dək müşahidə edilsəydi, normal qarşılana bilərdi.

M.Həsənov qeyd edib ki, Bakıda və Abşeron yarımadasında və Aran rayonlarında martın I ongünlüyündə havanın temperaturunun 12-15 dərəcə isti olması, sonra isə qəfildən 7 dərəcə enməsi mənfi hal sayılır:

“Hazırkı hava şəraitini tərəddüdlü hava şəraiti saymaq olar. Hava şəraiti bir temp üzrə getmir. Hazırda həm temperatur, həm yağıntı, həm rütubət, həm də atmosfer təzyiqi normadan bir qədər kənara çıxıb. Temperaturlar gah artır, gah da azalır. Düzdür ki, mart üçün dəyişkən hava şəraiti səciyyəvidir. Martda hava gah isti, gah da soyuq olur. Amma mart ayında 1, 2 gün ərzində havanın temperaturunun birdən-birə 5-7 dərəcə enməsi normadan kənara çıxmadır. Temperaturun 2-3 dərəcə enməsi isə qəbulediləndir”.

M.Həsənov qeyd edib ki, martın hazırkı dövründə soyuq hava şəraitinin müşahidə edilməsi hər il olmasa da, bəzi illərdə qeydə alınıb.

Onun sözlərinə görə, havanın soyuması daha çox hazırda çiçəkləmə mərhələsində olan çəyirdəkli meyvələrin ağaclarına mənfi təsir göstərəcək.

İnstitutun direktor müavini bildirib ki, belə hava şəraiti bir necə gün də davam etsə, onların çiçəkləri tozlanmadan məhv ola bilər:

“Bu isə o deməkdir ki, məhsuldarlıq olmayacaq, olsa da, çox aşağı səviyyədə olacaq. Belə hava şəraiti insan səhhətinə də çox mənfi təsir göstərir. Ümumiyyətlə, temperaturun tez-tez dəyişməsinin - yüksəlib, sonra qəfildən düşməsinin mənfi təsirləri çoxdur”.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında martın 9-dan havanın temperaturu ötən günlərlə müqayisədə 5-7, rayonlarda müqayisədə 5-8 dərəcə aşağı enib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah gecə Bakıda və Abşeron yarımadasının bəzi yerlərində sulu qar yağacağı gözlənilir. Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-2, gündüz 5-8, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Havanın temperaturunun gecə 0-5, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir. Martın 14-15-də Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var