Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ən çox içilən bitki çayı

Tarix:23-03-2018, 02:28

Ən çox içilən bitki çayı


Çobanyastığı sağlamlıq üçün ən çox lazım olan faydalı bitkidir. Statistik araşdırmalar göstərir ki, dünyada hər gün 1 milyondan çox əhali çobanyastığı çayından istifadə edir. Onun dəmləməsi hər ölkədə ayrı-ayrı xüsusiyyətlərinə görə içilir.

Təkcə xəstələnən zaman deyil, adi vaxtlarda da həftədə 5-6 dəfə çobanyastığı çayı içmək çox faydalıdır. Məsələn, axşam yatmazdan əvvəl 1 stəkan dəmləmə içmək həm əsəbləri sakitləşdirir, həm də yuxunu dərinləşdirir.

Axşamlar yatmazdan qabaq çobanyastığı çiçəklərini süddə dəmləyib içmək çox xeyirlidir və bu üsul Amerikada daha çox yayılıb.

Çobanyastığı bitkisinin bir neçə növü vardır. Çay kimi faydalarına görə kiçik və çiçəyinə əl vuranda ovulan növündən, yəni aptek çobanyastığından istifadə edilir.
Ölkəmizdə böyük çiçəkləri olan çobanyastığı növləri daha geniş yayılıb. Ondan müxtəlif dəri səpgiləri, diatezlər, dəri ləkələri zamanı və əsəbləri sakitləşdirmək üçün vanna şəklində istifadə olunur.

Mədə yarası kimi qeyri-spesifik xəstəliyin bəzən illərlə müalicə olunmasına baxmayaraq heç bir nəticə əldə olunmur. Lakin həmin xəstəlik zamanı 3 ay gündə 4 dəfə çobanyastığı çayı içilməsi daha səmərəli nəticə verir.

Çobanyastığı çiçəyinin spazmolitik təsiri olduğuna görə köpdə, ishalda, bağırsaq spazmlarında gündə 3 dəfə içilir.

Qastrit və kolitdə, mədə-bağırsaq yaralarında gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.

Çobanyastığı çiçəyi çayından müntəzəm istifadə şəkərli diabetin inkişaf riskin azaldır, görmə itiliyini artırır, onu mütəmadi içənlərdə piylənmə əmələ gəlmir, əsəbləri gərgin olmur, yuxu problemləri olmur, dəriləri canlı qalır, çünki çobanyastığı təbii antioksidant mənbəyidir və qocalmanı ləngidir.

Menstruasiya pozulmasından əziyyət çəkən və klimakterik dövrdə olan xanımlar üçün faydalı bir çaydır.

Ağız, boğaz yaraları və faringitdə 1 xörək qaşığı çobanyastığı 1 stəkan suda dəmlənilir və gündə 3 dəfə qarqara edilir.

Rinit və allergik rinit zamanı, haymoritdə 2 xörək qaşığı çobanyastığı 2 stəkan suda dəmlənilir, yavaş təzyiqlə burun dəliklərindən birinə vurulur, digər burun dəliyindən tökülür və həmin proseduru gündə 2 dəfə etmək lazımdır.

Göz sulanması, konyuktivit, iltihab və qızarmalarda 1 çay qaşığı çobanyastığı 1 stəkan suda dəmlənir, yavaş-yavaş tökülərək gözalmaları yuyulur.

Uşaqlarda bağırsaq infeksiyaları zamanı 1 xörək qaşığı çobanyastığı 3 stəkan suda dəmlənir və bağırsaqlar yuyulur.

Frontit və haymorit zamanı 2 xörək qaşığı çobanyastığı 1 stəkan suda vam ocaqda qaynadılır, isti otaqda başı bürüyərək buxarı üzə verilir. Yaxşı olar ki, prosedur gecə yatmazdan əvvəl yerinə yetirilsin.

Yarım litrlik şüşə butulka yarıya qədər çobanyastığı ilə doldurulur, tam dolana qədər üzərinə zeytun yağı tökülür, ağzı bağlanılaraq otaq isidicisinin üstündə 2 həftə saxlanılandan sonra süzülür, çobanyastığı yağı alınır. Həmin yağ dərini parıldadır, təravətləndirir, yuyunmazdan 2-3 saat əvvəl onunla dərini masaj edəndə daha təsirli olur. Oynaq ağrılarını azaldır, kiçik yaşlı uşaqlarda qarın ağrısı zamanı bel və qarın nahiyələrinin çobanyastığı yağı ilə ovuşdurulması sancıları kəsir, saç tökülməsi və kəpəklənmə zamanı yuyunmazdan 3 saat əvvəl saç dibləri çobanyastığı yağı ilə masaj edilir.

Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var