Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan hərbi qüdrətinin artırılması istiqamətində davamlı işlər aparılır

Tarix:11-10-2018, 14:51

Azərbaycan hərbi qüdrətinin artırılması istiqamətində davamlı işlər aparılır


Prezident İlham Əliyev: “Biz bundan sonra da, öz prinsipial mövqeyimizdə qalacağıq”

Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq, bir sıra əhəmiyyətli məqamlar barədə fikirlərini bildirib. Belə ki, artıq uzun illərdir davam edən münaqişənin sülh yolu ilə həll edilməsi məsələsində qarşı tərəfin yayınmaq cəhdləri nəticəsiz qalacaq və Azərbaycan öz qətiyyətli mövqeyindən geri çəkilməyərək. Məhz bu baxımdan ölkəmizin başçısı Ermənistan tərəfinin cəhdlərinin nəticə vermədiyini, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatının dəyişməz olaraq qaldığını vurğulayıb.

“Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaqdır”

“Danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır”, deyə qeyd edən cənab İlham Əliyev iki ölkənin xarici işlər nazirlərinin keçirdikləri iki görüşün də bunu bir daha sübut etdiyini deyib: “Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

Söz yox ki, bu məsələdə Azərbaycanın mövqeyi haqlıdır və bu amil nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilir. Xüsusilə, belə nəticəyə gəlmək olar ki, ölkəmizin ərazi bütövlüyü ümumiyyətlə danışıqlar mövzusuna aid edilə bilməz: “Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Ona görə, biz bundan sonra da, öz prinsipial mövqeyimizdə qalacağıq”.

Qeyd etmək yerinə düşərdi ki, bu gün Ermənistanın yeni hakimiyyəti ilk günlər qeyri-konstruktiv məcradan çıxışlar edir, bununla münaqişənin daha da qızışmasına şərait yaradırdı. Lakin sonradan, həmin rəhbərlik anladı ki, bu vasitə ilə onsuz da acınacaqlı vəziyyətə doğru yuvarlanan işğalçı ölkə daha çıxılmaz böhrana doğru sürüklənməsinə rəvac yarana bilər.

Azərbaycan Prezidenti də bu mənadan çıxışında Ermənistanın mövcud hakimiyyətinin doğru seçim üzərində dayanacağına ümid etdiyini bildirib: “Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaqdır”.

Ali Baş Komandan: “Biz, öz hərbi qüdrətimizi artırırıq və artıracağıq”

Dövlət başçımız bununla yanaşı, ölkəmizin Ordu potensialının da güclənməsi, eyni zamanda, sözügedən istiqamətdə reytinqinin artması barədə də önəmli fikirlərini bildirib. Belə ki, Azərbaycan Ordusunun dünya miqyasında 50 ən güclü ordu sırasında yer aldığını xatırladan Prezident İlham Əliyev hərbi qüdrətimizin daha da artırılacağını bildirib: “Biz, öz hərbi qüdrətimizi artırırıq və artıracağıq. Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir”.

Bu arada, ölkə rəhbərimizin dediklərindən nəticə çıxararaq, biz 2018-ci ildə iki möhtəşəm hərbi paradın keçirildiyini də qeyd edə bilərik. Məhz bu qürurlu hadisə Silahlı Qüvvələrimizin ən müasir və qüdrətli ordular sırasında yer almasına dəlalət edir. Ali Baş Komandan bildirib ki, Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir: “Bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirilmişdir və bu paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm dünyaya nümayiş etdirilmişdir. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır”.

“Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib”

Eyni zamanda, sözügedən müşavirədə çıxış edən dövlət başçımız Azərbaycanın hərbi qüdrətinin artırılması istiqamətində davamlı işlər aparacağını qeyd edib, hətta hərbi paradda göstərilən silahlarla yanaşı, göstərilməyən müasir texnikalarımızın da olduğunu vurğulayıb. Bu fakt isə həmçinin, belə nəticəyə gəlməyə zəmin yaradır ki, iqtisadi gücümüz və maliyyə imkanlarımız yaxın gələcəkdə daha intensiv silahlanma prosesinin əldə edilməsinə şərait yaradacaq. Çünki bir çox silah istehsal edən ölkələr var ki, onlar bilavasitə Azərbaycanla iş birliyini həyata keçirməkdə maraqlıdırlar. Bu baxımdan, “Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib”, deyə qeyd edən cənab İlham Əliyev hərbi potensialımızın istər silah, istərsə də maddi-texniki cəhətdən tam şəkildə təmin olunduğunu bildirib.

“Əvvəlki illərlə müqayisədə bu gün biz seçim edirik, nəinki hansısa bir təchizatçıya bağlıyıq”

“Demək olar ki, biz bu gün öz hərbi potensialımızı maddi-texniki təchizat baxımından tam təmin etmişik”, qeyd edən Ali Baş Komandan əlavə edib ki, biz bundan sonra yalnız ən müasir texnikanı, silahları almaq fikrindəyik və bu texnikanı bizə satmaq istəyən ölkələrin sayı artır: “Onsuz da bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Əvvəlki illərlə müqayisədə bu gün biz seçim edirik, nəinki hansısa bir təchizatçıya bağlıyıq. Ona görə biz bu gün bir çox ölkələrdən hərbi təyinatlı məhsullar alırıq”.

Beləliklə müşavirədə edilən çıxışdan və onun nəticələrindən belə bir qənaətə gəlmək olar ki, Azərbaycan dövləti digər sahələrlə yanaşı, həm də hərbi qüdrətinin artırılması yönündə davamlı işləri, layihələri reallaşdırmaqdadır. Məhz bu önəmli amil istər işğalçı Ermənistana təcavüzkar siyasətinin ona ciddi fəsadlar yarada bilmə reallığını dərk etdirir, həm də regionda təhlükəsizliyin qorunması baxımından əhəmiyyət kəsb edir.

Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var