Abşeron qəzetinin yeni sayı
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
29-10-2018, 10:48 Oxunub: 319

Azərbaycanda yeni çəkilən yolda qədim tikinti qalıqları aşkarlanıb

Azərbaycanda yeni çəkilən yolda qədim tikinti qalıqları aşkarlanıb


Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinədək yeni çəkilən avtomobil yolunun “Şabran şəhəri” Tarixi Qoruğunun ərazisinə düşən hissəsində XI-XV əsrlərə aid tikinti qalıqları və maddi mədəniyyət nümunələri aşkarlanıb.

Həmin ərazidə sentyabr və oktyabr ayının əvvəllərində aparılan arxeoloji qazıntı işlərinin əsas məqsədi burada əhəmiyyətli memarlıq abidələrinin, tikililərin olub-olmadığını yoxlamaq, eyni zamanda, qədim şəhərin sərhədlərini müəyyənləşdirməkdir.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinədək çəkilməkdə olan yolunun “Şabran şəhəri” Tarixi Qoruğunun ərazisinə düşən hissəsindəki ərazi boyu arxeoloji qazıntı altı kvadrat qoyulmaqla aparılıb. İlkin tədqiqatlar nəticəsində çay daşları ilə döşənmiş küçələr, bişmiş kərpic və çay daşlarından hörülmüş divar qalıqları aşkar olunub. Eyni zamanda, kvadratlardan birində bir neçə təndir aşkar olunduğu üçün buranın təndirxana olduğu ehtimal edilir. Ərazidən, eyni zamanda kəhriz olması ehtimal edilən bişmiş kərpicdən ibarət tikili qalığı də üzə çıxarılıb. Qazıntı ərazisindən su borusu yerləri, çoxlu sayda qırmızı, yaşıl və göy rəngli qablar, xeyli sayda metaldan hazırlanmış silahlar, bəzək əşyaları və s. tapılıb. Kvadratlardan birində arxeoloji qazıntı 4 metr dərinliyə qədər aparılıb və mədəni təbəqənin davam etdiyi müəyyən olunub.

Aşkar olunmuş tikinti qalıqları və maddi mədəniyyət nümunələri ilkin tədqiqatlara əsasən XI-XV əsrlərə aid edilib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Şabran arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun bildirdiyinə görə, “Şabran şəhəri” Tarixi Qoruğu ilə bağlı aparılan tədqiqatlar Şirvanşahlar dövlətinin, bütövlükdə isə, Azərbaycan tarixinin daha dərindən öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

Azərbaycanda yeni çəkilən yolda qədim tikinti qalıqları aşkarlanıb

Azərbaycanda yeni çəkilən yolda qədim tikinti qalıqları aşkarlanıb

Azərbaycanda yeni çəkilən yolda qədim tikinti qalıqları aşkarlanıb

Azərbaycanda yeni çəkilən yolda qədim tikinti qalıqları aşkarlanıb
XƏBƏR LENTİ
Dünən, 12:08 | Abşeronun yeniyetmə cüdoçuları zona mərhələsinin qalibi adını qazanıblarDünən, 11:02 | Abşeronda sumo üzrə Azərbaycan çempionatı keçiriləcəkDünən, 10:57 | Abşeronda tayboks üzrə respublika turniri keçiriləcəkDünən, 10:54 | Abşeron rayonunda bir gündə 20 min ağac əkiləcəkDünən, 10:48 | Xırdalan musiqi məktəbi kollektivinin Gürcüstana növbəti səfəriDünən, 10:34 | Məmmədli kəndinə yeni elektrik xətti çəkilirDünən, 09:44 | Murad Dadaşov Qarabağ əlillərinə avtobus hədiyyə etdi — Canlı yayımda açıqlandı18-10-2019, 15:40 | İradə Gülməmmədova Xırdalan şəhər sakinlərilə görüşdü17-10-2019, 17:29 | YAP Abşeron rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda “dəyirmi masa” keçirilib17-10-2019, 17:11 | Mehdiabad sakinlərinə şad xəbər - vətəndaşların problemləri həllini tapıb17-10-2019, 14:12 | Abşeronlu Səkinə Qasımova Beynəlxalq Muğam Festivalının qalibi oldu16-10-2019, 15:08 | Abşeron Mədəniyyət Mərkəzində “Rəngsaz” tamaşası nümayiş etdirilib16-10-2019, 14:56 | “Diqqət uşaqlar!” hərəkətin təhlükəsizliyi aylığına yekun vurulub16-10-2019, 14:33 | Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın növbəti iclası keçirilib16-10-2019, 13:02 | Vüqar Babayevin qələbəsi Novxanıda böyük sevinclə qarşılanıb15-10-2019, 19:22 | Novxanı sakinlərinə şad xəbər - yeni kanalizasiya xətləri çəkilir15-10-2019, 17:22 | 59 nəfər ASAN könüllüsü Abşeron RİH-də təcrübə keçəcək15-10-2019, 16:54 | Abşeronda seçkilərin keçirilməsi ilə bağlı seminar-müşavirə keçirilib15-10-2019, 14:27 | Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı gün14-10-2019, 16:34 | Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb14-10-2019, 14:37 | Digah məktəbinin kollektivi leykozdan əziyyət çəkən şagirdə baş çəkib14-10-2019, 12:12 | Suriyanın şimalında əməliyyatlar başlanandan öldürülən terrorçuların sayı 550-yə çatıb