"OnePlus" şirkətinin baş icraçı direktoru Peter Lau sözü gedən markanın çox hamar və olduqca sürətli ekrana sahib olacağını bildirib.
Əvvəllər yayılan bəzi məlumatlarda OnePlus 7 Pro ekranının 90 Hz ekran yeniləmə sürətinə sahib olacağı qeyd edilmişdi. Launun sözlərinə görə bu məlumatlar özünü doğrulda bilər.
Bir müddət əvvəl yüksək ekran yeniləmə dərəcəsi 60 Hz-dan çox olan smartfonlar istifadəyə verilmişdi. Bunların sırasına Asus ROG Phone (90 Hz), Razer Telefon və Razer Phone 2 (120 Hz) daxildir. Lakin OnePlus 7 Pro 90 Hz dəyərinə çatarsa bu əsas telefonlar arasında ilk olacaq. Razer Phone və ROG Phone oyun mərkəzli telefonlardır.
Bundan başqa 5G sistemini dəstəkləyəcək olan OnePlus 7 modeli dünyanın ilk 5G telefonları sırasına daxil olacaq.