Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İrandakı zəlzələlərlə bağlı Sensassion açıqlama

Tarix:30-11-2013, 11:05

İrandakı zəlzələlərlə bağlı Sensassion açıqlama
“Buşəhr yaxınlığında bir-birinin ardınca baş verən zəlzələlər təbiət hadisəsi deyil, supergüclərin İrana qarşı istifadə etdiyi tektonik silahların nəticəsidir”.

Bu sözləri məlum səbəbdən adının açıqlanmasını istəməyən tanınmış azərbaycanlı alim İranın Buşəhr vilayətində 28 noyabr tarixində 8 nəfərin ölümü, 190-dan çox insanın yaralanması ilə nəticələnən 6,1 ballıq zəlzələni şərh edərkən bildirib.

Alimin sözlərinə görə, İranın ən böyük Atom Energisi Stansiyasının yerləşdiyi Buşəhrdə bir-birinin ardınca baş verən zəlzələlər təsadüfü deyil: “Necə olur ki, 2010-cu il avqustun 10-da açılışı edildikdən və bütün dünyanın diqqəti Buşəhrə yönələndən sonra bu şəhər və onun ətrafında zəlzələlərin sayı görünməmiş səviyyədə artır?

Əvvəlki illərdən fərqli olaraq, məhz son 3 ildə İranda zəlzələlərin sayı bir neçə dəfə çoxalıb və onların böyük hissəsi Buşəhr vilayətində, Buşəhr Atom Stansiyasının yaxınlığında baş verir”.

Həmsöhbətimiz dediklərinə sübut kimi yalnız 2013-cü ildə Buşəhr ərazisində onlarla zəlzələnin olduğunu qeyd edib ki, bunların da 2-si dəhşətli dağıntılarla və tələfatla müşayiət olunub:

1) 9 aprel 2013: Buşəhr vilayətində 6,1 bal. 39 ölü, 1000 yaralı, külli miqdarda tələfat. İran matəm elan edir.

2) 13 aprel 2013. Buşəhr yaxınlığında, Kaki və Şonbey şəhərləri. 4,1 bal.

3) 24 aprel 2013. Eyni gündə İranda 3 təkan, biri Buşəhrdə, 4,7 bal.

4) 29 aprel 2013. Kaki də daxil olmaqla, Buşəhr ətrafındakı şəhərlərdə 8 ardıcıl zəlzələ – 1,4-3,3 bal arasında

5) 2 may 2013. Buşəhr yaxınlığı, Kaki, 4,8 bal.

6) 6 may 2013. Buşəhr yaxınlığı, Kaki. 5,1 bal.

7) 9 may 2013. Buşəhr, 4 bal gücündə ardıcıl təkanlar.

8) 24 may 2013. Kaki, 3,9 bal.

9) 23 iyun 2013. Buşəhr vilayətində, Dəşti və Dəştistanda 4 bal gücündə 2 təkan.

10) 11 avqust 2013, iki ardıcıl təkan. Buşəhrdən 90 km aralıda.

11) 1 oktyabr 2013. Buşəhrin 65 km-dəki Borazcan vilayəti. 4,2 bal.

12) 22 oktyabr 2013. Buşəhrdən 20 km məsafədə, 4,2 bal.

13) 24-25 oktyabr 2013. Buşəhrdə 3,4 bal gücündə 3 təkan.

14) 28 noyabr 2013. Buşəhrdə, 6,1 bal. İlkin məlumat: 8 ölü, 193 yaralı, yüzlərlə dağıntı, külli miqdarda ziyan.

Alimin bildirdiyinə görə, bu, yalnız Buşəhrdə, 2013-cü ildə olan natamam siyahıdır: “Bu siyahı tam deyil və əksəriyyətini İran hakimiyyəti gizlədir. Həmçinin tələfatı gizlətməsə də, zəlzələlər zamanı dağıntılar barədə də İran məlumat vermir”.

Tədqiqatçı əsas hədəfin Buşəhrlə İrana görk vermək olduğunu deyib:

“Hələ “Altılıq”la ilkin razılıq o demək deyil ki, bütün məsələlər qaydasına düşdü. Bu ərəfədə Şanxay təşkilatı – İranın əsas neft idxalçıları Çinin başçılığı ilə toplaşdı, sanki Avropa Birliyinin Şərq Tərəfdaşlığına alterntiv olduqlarını göstərmək istəyirdilər.

Dünyanın iqtisadi baxımdan yenidən bölüşdürülməsi prosesi gedir: Avropa və ABŞ Şanxay təşkilatının – Çinin enerji qaynağını, yəni İranı əlindən almaq və perspektivdə dünya ağalığına iddialı olan bu ölkəni ram etmək istəyir, Rusiya bu bölgüdə müəyyən güzəştlərə razıdr, amma öz fövqəlgücünü də qəbul etdirməkdə israrlıdır. Belə şəraitdə İranı daha da zəif düşürmək və təklifləri sürətlə qəbul etdirmək vacibdir. Ona görə də supergüclər tektonik silahlardan istifadəni davam etdirirlər".

Müsahibimiz bu silahların yeraltı süxurlar müəyyənləşdirməklə, tamamilə uzaq ərazidən istifadə olunduğunu da bildirib:

"Bəzi ehtimallara görə, bu silahlar hələ istənilən dəqiqliklə işləmir. Ancaq mən belə düşünmürəm. Son hadisələr göstərdi ki, təbiət hadisəsini yaratma gücündə olan bu silahlar artıq kifayət qədər təkmilləşib və hədəfə dəyir".

Araşdırmaçı alim ABŞ Dövlət katibi Con Kerrinin “İrana sanksiyaları gücləndirmək və neft satışını məhdudlaşdırmaq prosesini dayandırdıq, amma bu o demək deyil ki, onun ixracına şərait yaradacağıq. Altı ay müddətində sanksiyların yumşaldılması yox, daha da gücləndirilməməsi müzakirə mövzusudur.

Yalnız 6 aydan sonra İran atom silahı əldə etmək istəmədiyini sübuta yetirərsə, ondan sonra sanksiyalar yumşaldılacaq”, sözlərini də təsadüf hesab etmir. Onun sözlərinə görə, ABŞ bunun müqablində öz neftini təklif etməklə, dünya bazarında neftin qiymətinin qaxlmamasını, əksinə, ucuzlaşmasını təmin edir. Nəticədə isə Avropa Birliyi ölkələrinin İran neftinə tamah salaraq, yumşalmasının qarşısını alır və strateji planlarını davam etdirir.

“İran bu iqtisadi-siyasi və gizli hərbi-tektonik hücumların qarşısında acızdir” deyən müsahibimizin sözlərinə görə, tektonik hücum yenə də davam edəcək: “İran tamamilə siyasi-iqtisadi kursunu dəyişənə və Çinin enerji mənbəyi rolundan imtna edənə qədər, zəlzələlər dayanmayacaq”.
Emin Əlizadə

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır