Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq sərəncamına uyğun olaraq 15 sentyabr 2017-ci il respublikada kino mövsümünün açılışı günü kimi qeyd olunur. Bu münasibətlə Sumqayıt regional Mədəniyyət və Turizm İdarəsinin Abşeron rayonu üzrə mədəniyyət müəssisələrində kino və cizgi filimlərinin nümaişinə start verildi. Bu gün saat 11:00-da Abşeron rayon Heydər Əliyev mərkəzində mövsümün açılışı ilə əlaqədar olaraq kiçik yaşlı uşaqlar üçün cizgi filmi nümayiş etdirilmişdir. Sonra saat 15:00. Sumqayıt regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Abşeron rayon Mədəniyyət Mərkəzində Azərbaycanfilmin istehsalı olan "Güllələnmə təxirə salınır" filminin nümayişi oldu.