Bakıda Coakino Rossininin (Gioachino Rossini) 150 illiyi ilə əlaqədar “Opera Günləri” keçiriləcək.
"İtaliya Opera Günləri" çərçivəsində Dövlət Akademik Opera və Balet teatrında 5 fərqli mövzuda tədbirlər təşkil ediləcək.
İtaliya səfirliyinin təşkil etdiyi "Opera Günləri" aparıcı müasir rəqs qruplarının çıxışı ilə başlayacaq. Tədbirlər aprelin 21-dən mayın 6-dək davam edəcək.