Prezident İlham Əliyev Arif Məlikovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunduğuna görə, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Arif Cahangir oğlu Məlikov "Şöhrət" ordeni ilə təltif edilsin.