Abşeron qəzetinin yeni sayı
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
21-09-2018, 16:32 Oxunub: 178

AMEA İctimai Elmlər Bölməsinin iclası keçirilib

AMEA İctimai Elmlər Bölməsinin iclası keçirilib


Sentyabrın 21-də AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin iclası keçirilib. Tədbirdə İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və əməkdaşları iştirak ediblər. Akademik Nərgiz Axundova iclası giriş sözü ilə açaraq iştirakçılara gündəlikdəki məsələlər barədə məlumat verib.

Tədbirdə AMEA-nın Arxeologiya Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Maisə Rəhimova “Azərbaycan müstəqillik illərində arxeologiya elminin inkişafı” mövzusunda elmi məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycanın qədim tarixi abidələrinin tədqiqinin yüz ildən artıq yaşı olmasına baxmayaraq, arxeologiya elminin əsaslı inkişafı ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən əsrin70-80-ci illərindən başlayıb. Alim hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də arxeoloji abidələrin, maddi-mədəni irsin öyrənilməsinə böyük diqqət və qayğı göstərildiyini deyib. Qeyd edib ki, ölkə başçısının bu istiqamətdə fəaliyyətə dair imzalanmış sərəncamları xalqımızın qədim dövr tarixinin arxeoloji qazıntılar vasitəsilə araşdırılması üçün Arxeologiya və Etnoqrafiya İnstitutunun qarşısında mühüm vəzifələr qoyub.

Azərbaycan regionlarında 40-a yaxın arxeoloji və etnoqrafik ekspedisiya işinin aparıldığını deyən məruzəçi bu araşdırmaların AMEA rəhbərliyinin daim diqqət mərkəzində olduğunu bildirib. Ekspedisiyaların səmərəli həyata keçirilməsi üçün lazımi şəraitin yaradıldığını söyləyib.

Sonra alim arxeologiya sahəsində son tədqiqatları xronoloji olaraq sadalayıb. Qədim daş, Neolit, Eneolit, Tunc-ilk dəmir, Antik və Orta əsrlər dövrü haqqında ətraflı məlumat verib. Məruzəçi vurğulayıb ki, əldə edilmiş elmi nəticələr Azərbaycanın qədim dövr tarixinin bir sıra qaranlıq səhifələrinə işıqlandırmaq və vətənimizin tarixinin yazılması üçün mühüm əhəmiyyət kəsb edən maddi faktların aşkara çıxarmaq baxımından əhəmiyyətlidir.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, müvafiq qərar qəbul olunub.

Tədbirdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Antropologiya mərkəzinin yaradılması məsələsi müzakirə olunub. Bundan başqa, AMEA-nın İqtisadiyyat İnstitutunda elmi vəzifələrin tutulması ilə bağlı keçirilmiş müsabiqənin nəticələri elan edilib.

İclasda bölmənin bir neçə elmi müəssisəsinin kadr məsələləri də müzakirə olunub müvafiq qərarlar qəbul edilib. Tədbirdə AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illik yubileyi ilə bağlı bu elmi müəssisənin bir qrup əməkdaşının mükafatlandırılması qərara alınıb.
XƏBƏR LENTİ
Dünən, 16:31 | İradə Gülməmmədova Aşağı Güzdək qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirdibDünən, 15:58 | Azərbaycanın energetika naziri Çində bir sıra görüşlər keçiribDünən, 15:51 | Azərbaycan KİV nümayəndələri Gürcüstana səfər edibDünən, 15:47 | Azərbaycan sərhədçiləri Xəzərdə İran gəmisinin heyət üzvlərini xilas edib18-10-2018, 17:53 | “Qarabağ qaziləri” ambutant futbol federasiyasının “Abşeron” və “Xırdalan” komandaları arasında yoldaşlıq paraolimpiya yarışı keçirilib.18-10-2018, 17:29 | Abşeronda 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə konfrans keçirilib18-10-2018, 16:31 | Abşeronda Prezident İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 15 ililliyinə həsr olunmuş dəyirmi masa keçirilib18-10-2018, 12:56 | Azərbaycan və AİB beşillik strateji tərəfdaşlığı müzakirə edəcək18-10-2018, 12:55 | Prezident İlham Əliyev: "İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır"18-10-2018, 12:53 | Azərbaycanlı deputatlar Rusiya parlamentinə etiraz məktubu göndərdilər18-10-2018, 11:43 | Prezident İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib18-10-2018, 11:37 | Android-li ən kiçik smartfon təqdim olundu18-10-2018, 11:36 | Türkmənistanın xarici işlər naziri Azərbaycana səfərə gəlib18-10-2018, 11:32 | SİM kartsız işləyən ilk smartfon təqdim olundu17-10-2018, 18:24 | Abşeronda 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib17-10-2018, 14:04 | Mehdiabad bağçasında Dövlət Müstəqilliyi Günü qeyd olunub17-10-2018, 13:43 | Xırdalanda Latviya Yerli İcra Orqanları İttifaqının nümayəndələri ilə görüş keçirilib17-10-2018, 12:31 | Azərbaycan QDİƏTPM-nin komitə iclasında17-10-2018, 12:28 | Körpə fidanlar 18 Oktyabr Müstəqillik Günü qeyd etdi17-10-2018, 12:21 | Milli Məclisin deputatları beynəlxalq tədbirlərdə iştirak edir17-10-2018, 10:48 | Arzu Rəhimov Xırdalanda vətəndaşların səyyar qəbulunu keçirib16-10-2018, 14:29 | Abşeron Təhsil Şöbəsində görüş keçirilib