Abşeron qəzetinin yeni sayı
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
22-09-2018, 10:45 Oxunub: 215

Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib

Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib


Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü və Varna şəhər bələdiyyəsinin dəstəyi İlə İncəsənət Qalereyasında “Bakı – qədimlik və müasirliyin harmoniyası” və “Qədim Qafqaz Albaniyasının irsi: Azərbaycanda multikulturalizm ənənələri” mövzularında fotosərgilər təşkil edilib. Tədbirdə Varna merinin müavini Kosta Bazitov, meriyanın əməkdaşları, mədəniyyət, incəsənət və media nümayəndələri, eləcə də şəhər sakinləri iştirak ediblər.

Açılış mərasimində Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu sərgilərin ölkəmizin ikinci böyük şəhəri Gəncə ilə qardaşlaşmış Varnada təşkilinin rəmzi məna daşıdığını bildirib və ötən il şəhərin Gəncədən ”Avropa Gənclər Paytaxtı”nın açarlarını aldığını əlavə edib. O, “Bakı – qədimlik və müasirliyin harmoniyası” adlı sərginin qədim tarix və zəngin mədəniyyətə malik paytaxtımızın cazibədarlığını görməyə imkan yaratdığını söyləyib. Diplomat Bakının özünəməxsus obrazının ötən əsrin əvvəlində “neft bumu” dövründə Qərb və Şərq mədəniyyətlərini birləşdirən unikal sintezin irsi olduğunu bildirib. Qeyd edib ki, vaxtilə Bakıda tikilmiş əsrarəngiz saraylar və iqamətgahlar gözəllikdə bu gün də bir-biri ilə rəqabət aparır.

Nərgiz Qurbanova Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi barədə də danışıb. Bildirib ki, dahi şairin adını daşıyan muzeyin binası bu il 100 illik yubileyini qeyd etdiyimiz və müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndələri tərəfindən 1918-1920-ci illərdə istifadə edilib. Səfir daha sonra qonaqlara Dənizkənarı Milli Park, Azərbaycan Xalça Muzeyi haqqında məlumat verib, İçərişəhərin, Qız qalasının, Şirvanşahlar Sarayı Kompleksinin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edildiyini diqqətə çatdırıb.

Səfir sərginin, həmçinin zəngin xristian irsi nümunəsində Azərbaycanın çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrini nümayiş etdirdiyinə diqqət çəkib. Ölkəmizin ərazisində mövcud olmuş Qafqaz Albaniyası barədə məlumat verən Nərgiz Qurbanova burada xristianlığın eramızın I əsrindən etibarən yayılmağa başladığını deyib.

Varna merinin müavini K.Bazitov şəhərin Azərbaycanla bağlı sərgiyə ev sahibliyi etməsindən məmnunluğunu bildirib, bu cür tədbirlərin iki xalq arasında mədəni əlaqələrin daha da genişlənəcəyinə təkan verəcəyini deyib. Gəncə ilə Varna arasında qardaşlaşma əlaqələrinə toxunan K.Bazitov bu qəbildən tədbirlərin şəhərlər arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından vacibliyini qeyd edib.

Tədbir Bolqarıstan mətbuatında geniş işıqlandırılıb. “Fokus” və “Çerno more” xəbər agentliklərinin, “Fokus” və “Dariknews” radiolarının internet səhifələrində, dnesplus.bg xəbər portalında tədbirlə bağli məqalələr yerləşdirilib.

Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib

Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib

Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib

Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib

Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib

Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib
XƏBƏR LENTİ
Dünən, 16:31 | İradə Gülməmmədova Aşağı Güzdək qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirdibDünən, 15:58 | Azərbaycanın energetika naziri Çində bir sıra görüşlər keçiribDünən, 15:51 | Azərbaycan KİV nümayəndələri Gürcüstana səfər edibDünən, 15:47 | Azərbaycan sərhədçiləri Xəzərdə İran gəmisinin heyət üzvlərini xilas edib18-10-2018, 17:53 | “Qarabağ qaziləri” ambutant futbol federasiyasının “Abşeron” və “Xırdalan” komandaları arasında yoldaşlıq paraolimpiya yarışı keçirilib.18-10-2018, 17:29 | Abşeronda 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə konfrans keçirilib18-10-2018, 16:31 | Abşeronda Prezident İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 15 ililliyinə həsr olunmuş dəyirmi masa keçirilib18-10-2018, 12:56 | Azərbaycan və AİB beşillik strateji tərəfdaşlığı müzakirə edəcək18-10-2018, 12:55 | Prezident İlham Əliyev: "İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır"18-10-2018, 12:53 | Azərbaycanlı deputatlar Rusiya parlamentinə etiraz məktubu göndərdilər18-10-2018, 11:43 | Prezident İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib18-10-2018, 11:37 | Android-li ən kiçik smartfon təqdim olundu18-10-2018, 11:36 | Türkmənistanın xarici işlər naziri Azərbaycana səfərə gəlib18-10-2018, 11:32 | SİM kartsız işləyən ilk smartfon təqdim olundu17-10-2018, 18:24 | Abşeronda 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib17-10-2018, 14:04 | Mehdiabad bağçasında Dövlət Müstəqilliyi Günü qeyd olunub17-10-2018, 13:43 | Xırdalanda Latviya Yerli İcra Orqanları İttifaqının nümayəndələri ilə görüş keçirilib17-10-2018, 12:31 | Azərbaycan QDİƏTPM-nin komitə iclasında17-10-2018, 12:28 | Körpə fidanlar 18 Oktyabr Müstəqillik Günü qeyd etdi17-10-2018, 12:21 | Milli Məclisin deputatları beynəlxalq tədbirlərdə iştirak edir17-10-2018, 10:48 | Arzu Rəhimov Xırdalanda vətəndaşların səyyar qəbulunu keçirib16-10-2018, 14:29 | Abşeron Təhsil Şöbəsində görüş keçirilib