Abşeron qəzetinin yeni sayı
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
6-12-2018, 18:08 Oxunub: 227

Azərbaycan Xalça Muzeyində konservasiya üzrə növbəti ustad dərsləri keçirilib

Azərbaycan Xalça Muzeyində konservasiya üzrə növbəti ustad dərsləri keçirilib


Azərbaycan Xalça Muzeyində tekstilin konservasiyası üzrə ustad dərsləri təşkil olunub. Ustad dərsləri ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə UNESCO üzrə Azərbaycan Milli Komissiyası, Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyi ilə birgə əməkdaşlıq çərçivəsində reallaşıb.

Ustad dərslərinin keçirilməsi məqsədilə Doha şəhəri İslam İncəsənəti Muzeyinin tekstil üzrə aparıcı bərpaçısı Tatyana Jdanova Bakıya dəvət olunub.

Ustad dərslərinin proqramı “Tarixi tekstilin konservasiyası” mövzusunda mühazirə və praktiki dərslərdən ibarət olub. Həmin proqram tekstilin sənədləşdirilməsi, liflərin identifikasiyası və mikroskopik analizi, xalça strukturunun identifikasiyası kimi incəlikləri əhatə edib. Azərbaycan Xalça Muzeyinin kolleksiyasından XVII əsrə aid “Xətai” xalçasının təmizlənməsi və konservasiyası həyata keçirilib.

Tatyana Jdanova arxeoloji və tarixi tekstilin elmi bərpası və konservasiyası üzrə mütəxəssisdir. Onun əsas fəaliyyət dairəsi toxuculuq liflərinin identifikasiyası, toxuculuq məmulatlarının, xüsusilə Şərq xalçalarının texniki analizi və İslam İncəsənəti Muzeyinin tekstil kolleksiyası üzrə məlumat bazasının hazırlanması ilə əlaqəlidir.

Qeyd edək ki, konservasiya üzrə ustad dərsləri Azərbaycan Xalça Muzeyində 2016-cı ildən etibarən həyata keçirilən “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində təşkil edilir. Layihənin məqsədi Azərbaycanın mədəni sərvətinin qorunub saxlanılması və xalq yaradıcılığının unudulmaqda olan növlərinin dirçəldilməsidir. Həmin layihə müxtəlif tikmə növləri, xovsuz xalçalar, misgərlik, zərgərlik, keramika və digər milli dekorativ-tətbiqi sənət növlərini əhatə edir. Belə ki, 2016-2017-ci illərdə sözügedən layihə çərçivəsində Azərbaycan Xalça Muzeyində Almaniya və Rusiyadan dəvət olunmuş bərpaçıların iştirakı ilə tekstilin konservasiyası və bərpası üzrə ustad dərsləri, Dağıstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan dəvət olunmuş tikmə ustalarının iştirakı ilə isə tikmə sənəti üzrə ustad dərsləri keçirilib.
XƏBƏR LENTİ
Dünən, 17:28 | İradə Gülməmmədova yubilyarları təbrik edibDünən, 16:34 | İradə Gülməmmədova növbəti dəfə vətəndaşları fərdi qaydada qəbul edibDünən, 16:28 | Dövlət Gömrük Komitəsinin sədri Hindistanın Azərbaycandakı səfiri ilə görüşübDünən, 16:08 | Azərbaycan ilə Hindistan arasında gömrük sahəsində saziş imzalanacaqDünən, 14:50 | Sergey Markov: "Azərbaycan ümummilli lider Heydər Əliyevin sayəsində Cənubi Qafqazın ən mühüm ölkəsidir"Dünən, 14:48 | "Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün böyük iş aparılır"Dünən, 14:34 | Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilibDünən, 14:30 | Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı ahıska türkləri ilə görüşübDünən, 11:23 | Prezident İlham Əliyev Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirini qəbul edibDünən, 11:18 | Azərbaycan Prezidenti Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edibDünən, 09:45 | Kolumbiyada ölkəmiz barədə sənədli filmin hazırlanması arzusu bildirilib9-12-2018, 19:05 | Masazır və Məhəmmədi qəsəbələrində əhalinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı təmin olunub8-12-2018, 11:39 | Ekspert: Azərbaycanın MDB məkanı üçün nə qədər önəmli olduğunu bu təşkilatın son qeyri-rəsmi sammiti bir daha göstərdi8-12-2018, 10:56 | Yeni AirPods hazırlanır8-12-2018, 10:55 | Ultrasəslə işləyən barmaq izi sensoru hazırlanıb8-12-2018, 10:54 | Android planşetləri üçün WhatsApp olacaq8-12-2018, 09:52 | "Ağıllı" əlil arabaları mimika ilə idarə olunacaq7-12-2018, 16:11 | Qarabağ qaziləri ağacəkmə aksiyasında iştirak ediblər (FOTO)7-12-2018, 15:55 | İradə Gülməmmədovanın Novxanı kənd sakinləri ilə səyyar qəbulu keçirilib7-12-2018, 15:21 | Hikmət Hacıyev: Sankt-Peterburqdakı tədbirdə Prezident İlham Əliyevin Nikol Paşinyanla da söhbəti olub7-12-2018, 15:21 | Polşada “Azərbaycan Ticarət Evi” açılıb7-12-2018, 15:11 | Xırdalan sakinlərinin nəzərinə!