Fevralın 12-də Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin nəzdində fəaliyyət göstərən “Hacı Zeynalabdin Tağıyev Klubu”nun növbəti tədbiri keçiriləcək.
Tədbirdə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Səidə Mirizadənin “Keçmişə səyahət” (rus dilində) kitabının təqdimatı olacaq. Böyük xeyriyyəçi H.Z.Tağıyevin kiçik qızı Sürəyya Abdullayevanın ömür yoluna həsr olunmuş kitabda nadir sənədlər, fotoşəkillər və xatirələr toplanıb.