Abşeron qəzetinin yeni sayı
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
7-02-2019, 10:45 Oxunub: 186

Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının sərgisi açılacaq

Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının sərgisi açılacaq


Fevralın 17-də Heydər Əliyev Mərkəzində “Zamanında. Rusiya regional muzeylərinin 1900-1930-cu illərə aid rus avanqardı kolleksiyaları. Üçüncü hissə” adlı sərgi açılacaq.

Ekspozisiyada Rusiyanın 17 şəhərindəki regional muzeylərdən toplanmış unikal avanqard kolleksiyası nümayiş olunacaq. Ekspozisiyada tanınmış avanqard klassikləri Kazimir Maleviç, Vasili Kandinski, Aleksandr Rodçenko, Vladimir Tatlin, Aleksandr Ekster, Mark Şaqal ilə yanaşı, Viktor Bart, Aleksey Qrişenko, Aleksey Morqunov, Sergey Romanoviç, Pavel Mansurov və digərləri kimi avanqard incəsənət tarixinə mühüm töhfələr vermiş sənətkarların yaradıcılığından nümunələr təqdim ediləcək.

Sərgidə ümumilikdə 60 əsər nümayiş olunacaq.

Ekspozisiya özündə 2016 və 2017-ci illərdə Moskvada nümayiş olunmuş “Zamanında. Birinci hissə” və “Zamanında. İkinci hissə” sərgilərinin eksponatlarını birləşdirir və rus avanqardının 1900-cü illərin ortalarında formalaşmasından başlayaraq 1930-cu illərin əvvəllərindəki tənəzzülünə qədər olan dövrü əhatə edir. Layihənin əsas ideyası məşhur, az tanınmış və ümumiyyətlə tanınmamış avanqard rəssamların Rusiya regional muzeylərinin kolleksiyalarında qorunan əsərlərini təqdim etmək, XX əsrin ilk 30 ilində rus incəsənətindəki əsas üslubları nümayiş etdirməkdir.

İncəsənət tarixçisi, rus avanqardı barədə silsilə monoqrafiya və nəşrlərin müəllifi Andrey Sarabyanovun kuratoru olduğu sərgi Rusiyanın Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzi, Moskva Müasir İncəsənət Muzeyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur. Ekspozisiya Heydər Əliyev Mərkəzində mayın 5-dək açıq olacaq.
XƏBƏR LENTİ
Bu gün, 11:11 | Ceyranbatan bağçasında Savad təlimindən açıq məşğələ keçirildi.Bu gün, 10:37 | Əbilhəsən Dilavərliyə qızıl medal təqdim edildi (Video+Foto)Dünən, 11:26 | Yeni tədqiqat: Abşeronda banan, manqo, avokado yetişdirə bilərsinizDünən, 11:21 | Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib - Nazir müaviniDünən, 11:18 | "Ölkəmizin əldə etdiyi maliyyə imkanları vətəndaşların sosial rifahına yönəlib"Dünən, 10:12 | Aparıcı İT şirkətləri 5G şəbəkəsi üzərində birgə çalışacaqlarDünən, 10:11 | Vyetnamın televiziya kanalında Azərbaycan haqqında film nümayiş etdirilibDünən, 10:08 | Google Docs APİ təqdim olunduDünən, 10:07 | Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb15-02-2019, 18:05 | Xocalının “Böyüməyən uşaqlar”ı Ukraynada səhnələşdirilir15-02-2019, 17:44 | "Azərbaycanda gənclər siyasəti dünyada bir nümunədir"15-02-2019, 17:43 | "Prezidentin qərarı tək sosial addım deyil, dövlətçilik siyasətinin zəruri tərkib hissəsidir"15-02-2019, 17:41 | Prezident bu sərəncamlarda dəyişiklik etdi15-02-2019, 17:40 | Komitə sədri Mərakeş Krallığının səfiri ilə görüşüb15-02-2019, 17:38 | "Azərbaycan gəncinin savadlı olması prioritetdir"15-02-2019, 17:32 | Müdafiə naziri Rusiyanın hərbi attaşesi ilə görüşüb15-02-2019, 17:31 | Bu rayonlarda "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi"nin tətbiqinə start verilir15-02-2019, 17:30 | Azərbaycanda bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirilib15-02-2019, 17:28 | Prezident İlham Əliyev litvalı həmkarını təbrik edib15-02-2019, 17:20 | Böyük Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana səfər edəcək15-02-2019, 17:19 | Azərbaycanlı polkovnik MDB Dövlət Başçıları Şurasının “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub15-02-2019, 17:16 | Azərbaycanda müəssisələrin enerji şəbəkəsinə qoşulması sadələşdirilib