Qobu qəsəbə uşaq incəsənət məktəbinin 2018-2019-cu il dərs ilinin yekunlarına həsr edilmiş hesabat konserti keçirilib.Xırdalan şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən hesabat konsertində Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürov , İdarənin baş məsləhətçisi və Abşeron rayon üzrə nümayəndəsi , əməkdar mədəniyyət işçisi İlham Manafov, Rayon Mədəniyyət Mərkəzinin direktoru Arif Vəliyev, rayonun uşaq musiqi və incəsənət məktəblərinin direktorları və şəhər sakinləri iştirak ediblər.
Konsertdə musiqi məktəbinin şagirdləri müxtəlif alətlərdə - kamança, tar və nağarada Azərbaycan bəstəkarlarının məşhur əsərlərini, fortepiano və skripkada isə dünya bəstəkarlarının əsərlərini həvəslə ifa ediblər.Daha maraqlı və yaddaqalan nömrə isə məktəbin nağara snifinin ifası oldub. Oların çıxışları tamaşaçıların gurultulu və sürəkli alqışları ilə qarşılanıb.
Geniş məruzə nitqi ilə çıxış edən Mehman Şükürov qeyd edib ki, 6-il bundan öncə tikilib istifadəyə verilmiş Qobu qəsəbə uşaq incəsənət məktəbi müəllim və şagird kollektivində,öyrətmək və öyrənmək həvəsini birə beş artırıb.O, həmçinin rayonun kənd və qəsəbələrində faəliyyət göstərən uşaq incəsənət və musiqi məktəblərinə göstərilən diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə və Abşeron rayon icra hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildrib.
Konsert haqqında öz təəssüratını tamaşaçılarla bölüşən İlham Manafov proqramda Azərbaycan bəstəkarlarının əsərlərinə və muğamlara üstünlük verilməsini xüsusi qeyd edib.
Bütün konsert iştirakçılarına öz təşəkkürünü bildirən uşaq incəsənət məktəbinin direktoru Azər Bayramov təhsil ocağının son illər əldə etdiyi uğurlardan danışıb.
Sonda “ Abşeron rayonunun sosial-mədəni və ictimai həyatında səmərəli fəaliyyətinə görə “ Qobu uşaq incəsənət məktəbinin bir qrup müəllim və şagirdi Fəxri Fərmanı ilə təltif olunub.
Şamo Əliyev