Azərbaycanda əlillər, sağlamlıq imkanı məhdud insanlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Onların sosial müdafiəsinin gücləndirilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Ölkəmizdə əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası, sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin olunması istiqamətində davamlı iş aparılır, müvafiq dövlət proqramları icra olunur.
Respublikamızın hər yerində olduğu kimi, Abşeron rayonunda da əlillərin cəmiyyətə inteqrasiyasına, sağlamlıqlarının bərpasına və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir.
3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Abşeron rayonunda növbəti xeyriyyə aksiyası keçirilib. Abşeron rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin kollektivi əvvəlcə yataq xəstəsi olan əlillər, eləcə də gözdən əlil insanları öz evlərində ziyarət edib, onları 3 dekabr-Beynəlxalq əlillər günü münasibətilə təbrik edib, qayğı və problemləri ilə maraqlanıblar. Aksiya zamanı müxtəlif kateqoriyadan olan 30 nəfər I və II qrup əlilə maddi yardım və ərzaq bağlaması, 140-dan çox əlilə isə maddi yardım verilib.
Şamo Əliyev