Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Müdafiə Nazirliyi və Mətbuat Şurası yazı müsabiqəsi elan edir

Tarix:29-03-2018, 16:33

Müdafiə Nazirliyi və Mətbuat Şurası yazı müsabiqəsi elan edir


Müdafiə Nazirliyi və Mətbuat Şurası Azərbaycan Ordusunda həyata keçirilən genişmiqyaslı islahatların, qoşun növlərində və qismlərində əldə olunan nailiyyətlərin, tətbiq edilən qabaqcıl təcrübələrin, hərbi hissələrdə aparılan tikinti-quruculuq işlərinin, hərb işinin müxtəlif sahələrində qazanılan uğurların, eləcə də hərbi mövzuları əks etdirən digər məsələlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ic­ti­maiy­yətlə ordu arasında əlaqələrin genişləndirilərək daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə yazı müsabiqəsi elan edir.

Mətbuat Şurasından verilən məlumata görə, “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsi Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunur.

Müsabiqəyə 2018-ci il mart ayının 30-dan iyun ayının 10-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında dərc edilən yazılar buraxılacaq.

Müsabiqəyə təqdim olunan istiqamətləndirici mövzular aşağıdakılardır:

Təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Ali Baş Komandan cənab İlham Əliyevin davam etdirdiyi müasir ordu quruculuğu;
Azərbaycan Ordusunun döyüş hazırlığı, şəxsi heyətin nizam-intizamı, sosial-məişət şəraiti, təminat və təchizatı;
Azərbaycan Ordusunun beynəlxalq hərbi əməkdaşlığı;
Azərbaycanın hərb tarixi, uğurlu döyüş əməliyyatları, qazanılan qələbələr;
Hərb elminin inkişafı, hərbi təhsilin perspektivləri;
Azərbaycan əsgərinin hərbi-vətənpərvərlik tərbiyəsi. Vətənə, dövlətə, hərbi anda sədaqət, hərbi dostluq, şücaət, igidlik və qəhrəmanlıq;
Ordu-ictimaiyyət əlaqələri.
Müsabiqəyə təqdim olunan yazılarda üstünlük veriləcək:

Mövzunun dolğun əhatə edilməsi;
Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;
İfadə vasitələrinin zənginliyi;
Oxucu üçün informativlik dərəcəsi;
Müqayisəli təhlil üslubundan istifadə.
Müsabiqəyə təqdim edilən yazılarda janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar Azərbaycan, ingilis və rus dillərində olmalı, 9-11 min işarə həcmindən (1 A3 formatlı
qəzet vərəqindən) çox olmamalıdır.

Yazıda “Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir” qeydi olmalıdır.

Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən və ya müəllifin elektron ünvanından elektron qaydada təqdim edilməlidir.

Yazı müəllifi aşağıdakı sənədləri təqdim etməlidir:

şəxsiyyət vəsiqəsinin surəti (təqdimat elektron qaydadadırsa, skan olunmuş PDF formatında);
kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti (təqdimat elektron qaydadadırsa, skan olunmuş PDF formatında);
əlaqə vasitələri - iş və mobil telefonları (təqdimat elektron qaydadadırsa, Word faylında, Times New Roman şriftində);
müsabiqə üçün təqdim edilən yazının yayımlandığı qəzet və jurnalın 1 (bir) nüsxəsi (təqdimat elektron qaydadadırsa, skan olunmuş PDF formatında);
yazı elektron media resursunda dərc olunubsa, bunu təsdiqləyən link;
yazının A4 formatında ayrıca vərəqdə nüsxəsi (təqdimat elektron qaydadadırsa, müəllifin adı qeyd edilməməklə Word faylında);
Qeyd: yazını elektron qaydada təqdim etmək istəyən şəxslər yuxarıda göstərilən sənədləri [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Müsabiqə üçün yazılar 2018-ci il iyunun 10-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.

Həmçinin müsabiqə üçün yazılar müvafiq şərtlər yerinə yetirilməklə [email protected] elektron poçt ünvanına da göndərilə bilər.

Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Şərtlər:

- Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir;

- Müsabiqə üçün təqdim edilən yazı müəllifin çalışdığı kütləvi informasiya vasitəsində yayımlanmalıdır;

- Müsabiqəyə təqdim edilən yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində yayımlanması qadağandır.

Yazı müsabiqəsinin mükafat fondu aşağıdakı qaydada nəzərdə tutulub:

- I yer - 1 nəfər - 1500 manat;

- II yer - 2 nəfər - 1000 manat;

- III yer - 3 nəfər - 700 manat;

- Həvəsləndirici mükafatlar - 5 nəfər - 200 manat;

Müsabiqə qaliblərinin adları 2018-ci il iyun 25-dək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Mətbuat Şurasının Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birgə təşkil ediləcək tədbirində açıqlanacaq.

Əlaqə telefonu:

(012) 441 35 96

(055) 201 99 26

(050) 242 09 91

Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var