Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə yeni rəis təyin olunub.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə sərəncamına əsasən Vüsal Əfqan oğlu Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib.
Qeyd edək ki, Vüsal Hüseynov V çağırış Milli Məclisin deputatıdır.