Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Laçının işğal günü ilə bağlı dəyirmi masa keçirilib

Tarix:19-05-2018, 01:02

Laçının işğal günü ilə bağlı dəyirmi masa keçirilib


Laçın rayonunun Ermənistan tərəfindən işğalının 26-cı ildönümü ilə bağlı Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə “Laçın Azərbaycanın qədim diyarıdır” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada yuxarı sinif şagirdləri və müəllimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin tarix müəllimi Elvin Əliyev soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib.

E.Əliyev Laçının işğalı ilə bağlı məlumat verərək bildirib ki, erməni terrorçuları 1992-ci il mayın 17-də Laçın rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər. E.Əliyev Laçının işğalı nəticəsində Azərbaycana 7,1 milyard dollar məbləğində maddi ziyanın dəydiyini deyib. Laçının qədim mədəniyyət, memarlıq və dini abidələrlə zəngin olduğunu söyləyən natiq, bu abidələrin hamısının ermənilər tərəfindən qarət edildiyini, erməniləşdirildiyini vurğulayıb: “Digər işğal olunmuş ərazilərlə müqayisədə Laçın rayonunda erməniləşdirmə daha çox aparılıb. 10 mindən çox erməni Laçında məskunlaşdırılıb, adı dəyişdirilib, erməni kilsələri tikilib”. Daha sonra Səkinə müəllimə bu vaxta qədər adları və görünüşü dəyişdirilmiş tarixi və dini abidələrin fotolarını tədbir iştirakçılarına nümayiş etdirib.

Tədbirdə daha sonra çıxış edən, əslən Laçın rayonundan olan məktəbin müəllimi Atamoğlan Çıraqov qeyd edib ki, işğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib. Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.

Toplantı şagirdlərin tədbir iştirakçılarına ünvanladığı suallar, müzakirələr ətrafında davam edib.

Laçının işğal günü ilə bağlı dəyirmi masa keçirilib
Laçının işğal günü ilə bağlı dəyirmi masa keçirilib
Laçının işğal günü ilə bağlı dəyirmi masa keçirilib

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır