Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Gələn il Beynəlxalq Əmək Təşkilatının 100 illiyi qeyd olunacaq

Tarix:30-10-2018, 14:10

Gələn il Beynəlxalq Əmək Təşkilatının 100 illiyi qeyd olunacaq


BMT-nin ixtisaslaşmış qurumlarından biri olan, üçtərəfli (dövlət orqanları, işəgötürənlər və işçilərin nümayəndələri) təmsilçilik şəraitində əmək sahəsinə dair beynəlxalq normativ sənədlərin, hər kəs üçün layiqli əməyi təşviq edən siyasət və proqramların hazırlanmasını və dünyada geniş yayılmasını həyata keçirən Beynəlxalq Əmək Təşkilatı (BƏT) gələn il özünün 100 illik yubileyini qeyd edəcək.

BƏT Birinci Dünya müharibəsinin sonunda imzalanmış Versal Sülh Müqaviləsinin bir hissəsi kimi 1919-cu ildə yaradılıb və 1946-cı ildən o zaman yeni yaradılmış BMT-nin ixtisaslaşmış təşkilatı kimi fəaliyyətini davam etdirir. Təşkilatın mənzil-qərargahı Cenevrədə (İsveçrə) yerləşir və bir sıra regionlarında ofisləri fəaliyyət göstərir.

1992-ci ildən BƏT-in üzvü olan və 2002-ci ildə BƏT-in nümayəndəliyinin də açıldığı Azərbaycan bu Təşkilatla geniş əməkdaşlıq əlaqələrinə malikdir. Bu vaxta qədər Azərbaycan BƏT-in əmək və məşğulluq sahəsində ümumilikdə 57 Konvensiyasına qoşulub və bu mühüm sənədlərdən irəli gələn öhdəliklər də nəzərə alınmaqla beynəlxalq standartlara uyğun milli əmək qanunvericiliyini formalaşdıraraq daim təkmilləşdirir.

BƏT-lə əməkdaşlıq çərçivəsində 2006-2009-cu illər üçün “Layiqli əməyin təminatı üzrə Ölkə Proqramı” uğurla icra olunub və hazırda BƏT-lə birgə “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrası davam edir. Həmçinin Azərbaycan BƏT-in “MDB-də gənclərin məşğulluğu sahəsində əməkdaşlıq” adlı layihəsinə daxil edilib. BƏT-in rəsmi saytındakı “Gənclərin Məşğulluq Siyasətləri üzrə İnformasiya Sistemi” bölməsində (https://www.ilo.org/dyn/youthpol/en/f?p=30850:1001:0::NO:::) Azərbaycan gənclərin səmərəli məşğulluğunun təmin olunması sahəsində dolğun hüquqi bazaya, praktik iş təcrübəsi, aktiv məşğulluq proqramları barədə məlumatları təqdim olunan ölkələr sırasında yer alıb. Özünüməşğulluq proqramının icrası ilə bağlı təlimlərin aparılması üçün bu sahə ilə bağlı ölkəmizdə beynəlxalq sertifikatlı təlimçilər heyətinin formalaşdırılmasında da BƏT-lə fəal əməkdaşlıq həyata keçirilib. Hər il təşkilatın Beynəlxalq Əmək Konfransının sessiyaları keçirilir və bu sessiyalarda Azərbaycan nümayəndə heyəti də iştirak edərək, müvafiq mövzularda aparılan müzakirələrə qoşulur, həmçinin ölkəmizdə əmək və məşğulluq sahəsində aparılan dövlət siyasəti, qazanılan nailiyyətlər barədə ətraflı məlumatlar verilir.

BƏT-lə əməkdaşlığın inkişafının nəticəsi, habelə beynəlxalq birliyin ölkəmizə yüksək inam və etimadının daha bir təzahürü kimi, Azərbaycan dünyanın nüfuzlu qurumlarından biri olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəhbər orqanına (İLO Governing Body) üzv də seçilib.

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır