Tur-aksiyanın üçüncü günü Astara rayonuna səyahət etdik. Hava yağmurlu olduğundan burada subtropik zonaya məxsus gözəl mənzərənin şahidi olduq.
“İlk dəfədir ölkəmizin cənub bölgəsində oluram. Xəzər dənizin sahilində, Talış dağlarının ətəyində yerləşən Astaranın əsrarəngiz gözəlliyi məni heyran etdi. Dəniz sahilində geniş ərazidə salınmış park-bulvar kompleksində insanların mənalı istirahət etmələri üçün hər cür şərait yaradılıb.
Gördüklərim, aldığım təəssürat ölçüyəgəlməzdir. İndiyədək cənub bölgəsinə gəlmədiyimə görə çox təəssüflənirəm. Bu, mənim bölgəyə ilk səyahətim olmayacaq, gələcəkdə dostlarımla, ailə üzvlərimlə bu yerlərə gələcəyəm”, - deyə Abşeron məktəblisi söyləyib.