Abşeron rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Digah bələdiyyəsi tərəfindən mərhəmət və şəfqət ayı olan Ramazan ayında qəsəbə sakinləri üçün iftar süfrəsi verilib.
İftar süfrəsində Digah qəsəbə bələdiyyəsinin sədri Vüqar Ələkbərov , qəsəbə əraisində yaşayan aztəminatlı ailələr, qaçqın və məcburi köçkünlər, ahıl və kimsəsizlər, şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və əlilləri və sağlamlıq imkanları məhdud olan sakinlər iştirak edib.