AMEA-nın Mikrobiologiya İnstitutunun əməkdaşları tərəfindən Göygöl Milli Parkı ərazisində yerləşən təbii göllərin ekoloji vəziyyəti araşdırılıb.
Tədqiqatların aparılmasında əsas məqsəd park ərazisində yerləşən təbii göllərdə suda və qruntda baş verən fiziki-kimyəvi, mikoloji və mikrobioloji prosesləri öyrənməkdir. Belə ki, tədqiqat aparılan təbii göllərin bəzilərinin suyundan Gəncə şəhərinin və ətraf yaşayış məntəqələrinin içməli su kimi istifadə etməsi, həmçinin Göygöl Milli Parkının aktiv turizm marşrutu olması ərazidə ekoloji proseslərin daim öyrənilməsini və nəzarətdə saxlanılmasını zəruri edir.
İnstitut tərəfindən parkın ərazisində yerləşən təbii göllərdə mütəmadi tədqiqat işlərinin aparılması nəzərdə tutulur.