Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Milli Məclis Əli Əsədovun Azərbaycanın Baş Naziri vəzifəsinə təyin olunmasına razılıq verib

Tarix:8-10-2019, 12:58

Milli Məclis Əli Əsədovun Azərbaycanın Baş Naziri vəzifəsinə təyin olunmasına razılıq verib


Oktyabrın 8-də Milli Məclisin növbəti iclası keçirilib.

Iclası açan Milli Məclisin Sədri Oqtay Əsədov əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin “Əli Hidayət oğlu Əsədovun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” parlamentə ünvanlandığı təqdimatı oxuyub.

Sədr qeyd edib ki, Baş Nazir Novruz Məmmədov vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. Baş Nazir postuna yeni namizəd Əli Əsədov hansı vəzifədə çalışmasından asılı olmayaraq bilik və bacarığını işə sərf edən, iqtisadi məsələlərə dərindən bələd olan mütəxəssisdir. Əminəm ki, Prezident İlham Əliyevin bu seçimi dövlətimiz, xalqımız üçün uğurlu olacaq.

Milli Məclisin deputatları Siyavuş Novruzov, Vahid Əhmədov, Hikmət Məmmədov, Fəzail Ağamalı Əli Əsədovun müsbət insani keyfiyyətlərə, yüksək savada, dərin iqtisadi biliklərə malik, dövlətə və dövlətçiliyə sadiq bir mütəxəssis olması barədə fikirlərini söyləyiblər.

Müzakirələrdən sonra məsələ səsə qoyulub və Milli Məclis Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib.

İclasda çıxış edən Əli Əsədov ona göstərilən bu yüksək etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Əli Əsədov qeyd edib ki, müasir Azərbaycan müstəqillik illərində mürəkkəb və şərəfli yol keçib. Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyev 1990-cı illərin əvvəllərində Azərbaycanı böhran vəziyyətindən qurtarıb və real müstəqilliyimizi inkişaf etdirib. Bu gün Prezident İlham Əliyevin səyi nəticəsində ölkəmiz sürətli inkişaf yolu keçir. Qazanılan möhtəşəm nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin əməyinin nəticəsidir. Bu dövr ərzində ölkəmizdə ümum daxili məhsul 3,3 dəfə artıb, iqtisadiyyata qoyulan investisiyaların həcmi 270 milyard dollara çatıb, yoxsulluğun səviyyəsi 5 faizə, işsizlik səviyyəsi 4,9 faizə enib. Ölkənin strateji valyuta ehtiyatları 26 dəfə artaraq 49 milyard dollara çatıb. Eyni zamanda, əhalinin sayı 2019-cu ildə 10 milyon nəfərə çatıb. Dövlətimizin başçısının rəhbərliyi ilə “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi meqalayihələr gerçəkləşdirilib. Bununla yanaşı, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi bu sahənin də inkişafında ciddi nailiyyətlər qazandırır. Qeyri-neft ümumi daxili məhsulu 2,8 dəfə, qeyri-neft sənayesi isə 2,4 dəfə artıb. Azərbaycan kosmik ailənin üzvü olub.

“Bu gün ölkənin əsas problemi doğma Qarabağımızın işğal altında qalmasıdır. Ermənistan rəhbərliyinin məsuliyyətsiz, populist çıxışlarına Prezident İlham Əliyev tərəfindən layiqli cavab verilib: “Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Qarabağın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün hərbi qüdrətimizin artırılması Prezidentin gündəlik fəaliyyətinin əsas prioritetlərindəndir”, - deyə Əli Əsədov bildirib.

Əli Əsədov deyib ki, son illərdə ölkəmizdə sosial problemlərin həlli istiqamətində böyük uğurlar əldə edilib, sosial müdafiə sistemi beynəlxalq standartlara uyğun yenidən qurulub, sosial yardım və müavinətlər artırılıb. Uğurlu sosial siyasət nəticəsində əməkhaqqı 2,4 dəfə, pensiya isə 3 dəfə qaldırılıb. Ölkə rəhbərliyi Vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələri, müharibə əlilləri, xüsusi qayğıya ehtiyacı olan şəxsləri, o cümlədən məcburi köçkünləri, ahılları, uşaqları daim diqqət mərkəzində saxlayır. Bu insanlara Birinci vitse-prezident Mehriban Əliyeva məhəbbət və mərhəmətlə dolu qayğı göstərir. Azərbaycanın dayanıqlı və çoxşaxəli inkişafı dövlətin bütün qollarının ahəngdar və bərabər fəaliyyətindən asılıdır. “Bu gün bu yüksək tribunada, Azərbaycan xalqının hüzurunda, hörmətli deputatlar, sizin qarşınızda çıxış edərək Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm”, - deyə o bildirib.

Sonra gündəlikdəki digər məsələlərin müzakirəsinə başlanılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda və Mülki Məcəllədə dəyişiklik edilməsi barədə sənədləri üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, notariat hərəkətlərinin aparılması sahəsində yeni müasir texnologiyaların tətbiqi, notariat elektron məlumat bazasının yaradılması informasiya sistemi vasitəsilə fiziki və hüquqi şəxslərə daha çevik və keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, dövlət qurumları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasına və bununla da həmin qurumlara müraciət edilməsi zərurətinin aradan qaldırılmasına xidmət edir. Təqdim olunan qanun layihəsindən irəli gələn dəyişikliklər texniki xarakter daşıyır və “Notariat haqqında” Qanunda dəyişiklik edilməsi barədə 2018-ci il 15 noyabr tarixli qanuna uyğunlaşdırma çərçivəsində hazırlanıb. Əli Hüseynli müvafiq qaydada İnzibati Xətalar Məcəlləsində dəyişikliyin edilməsinin də eyni xarakterli olduğunu qeyd edib. Hər iki məsələ səsvermə yolu ilə təsdiqlənib.

Əli Hüseynli “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədləri də üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, sənəd “Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanununa uyğunlaşdırma xarakteri daşıyır və qanunun ötən dəfəki müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən təkliflər nəzərə alınıb. Sənəd səsə qoyularaq qəbul edilib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı gündəlikdəki növbəti iki məsələ - “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə və “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini üçüncü oxunuşda şərh edib. Bu sənədlərdə edilən dəyişikliklərin “Psixoloji yardım haqqında” 2018-ci il 7 dekabr tarixli qanuna uyğunlaşdırmaq məqsədi ilə edildiyi vurğulanıb. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

Sonra Əli Hüseynli Cəzaların İcrası, Miqrasiya və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələrində “Psixoloji yardım haqqında” qanuna uyğunlaşdırmaq məqsədi ilə aparılan dəyişiklikləri üçüncü oxunuşda diqqətə çatdırıb. Qanun layihələri səsvermə yolu ilə təsdiq edilib.

Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” və “Energetika haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədləri ikinci oxunuşda şərh edib. Komitə sədri vurğulayıb ki, qanun layihələrində yerin təkindən istifadə, faydalı qazıntıların çıxarılması zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi, yerin təkindən istifadə hüquqlarının dayandırılması və ləğvinin əsasları, bu sahədə sənədlərin rəsmiləşdirilməsi qaydaları, yerin təkindən istifadə hüququ verən icazənin qüvvəsi dəqiqləşdirilir. Sədr müavini qanunun ilk oxunuşda müzakirəsi zamanı səsləndirilən təkliflərin də nəzərə alındığını bildirib. Sənəd səsə qoyularaq təsdiq olunub.

Əli Hüseynli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi ikinci oxunuşda müzakirəyə çıxarıb. Qeyd edilib ki, qanun layihəsi ölkə ərazisində narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, müvafiq hüquqi normaların dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması məqsədi ilə hazırlanıb. Sənəd səsə qoyularaq məqbul hesab edilib.

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədlərin təqdimatında vurğulayıb ki, layihələr 2018-ci il 12 oktyabrda qəbul edilmiş “Hərbi vəzifə və xidmət keçmə haqqında” Qanuna dəyişiklik edilməsi barədə sənədə uyğunlaşdırılır. Qanun layihələri səsə qoyularaq təsdiqlənib.

İclasda Ziyad Səmədzadənin təqdimatı ilə ikinci oxunuşda “Lisenziyalar və icazələr haqqında” Qanunda edilən texniki xarakterli dəyişikliklərə də baxıldı. Sənəd səsvermə yolu ilə təsdiq edilib.

Əli Hüseynli “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda müzakirəyə təqdim edib. Bildirildi ki, bu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində təsis edilən medallardan biridir. Sənəd razılıqla qarşılanıb.

İclasda “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənəd ikinci oxunuşda müzakirəyə çıxarılıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qanun layihəsi parlamentdə birinci oxunuşda ətraflı müzakirə ediləndən sonra komitəyə heç bir yeni təklif daxil olmayıb. Bu sənəd də səsə qoyularaq təsdiqlənib.

Sonra “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsinə ikinci oxunuşda baxılıb. Əli Hüseynli bildirib ki, sənəd ölkə Konstitusiyasının 94-cü maddəsinin 1-ci bəndinə və 96-cı maddəsinin VI hissəsinə uyğun olaraq ölkə vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə qaydalarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimlənir. Komitə sədri vurğulayıb ki, qanunun parlamentdə ötən dəfəki müzakirəsindən sonra sənədlə bağlı ictimai dinləmələr keçirilib və daxil olan maraqlı təkliflər dəyərləndirilib. Layihə bütövlükdə və maddə-maddə səsə qoyularaq təsdiq edilib.

Bununla da Milli Məclis bugünkü işini başa çatdırıb.

Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var