Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İşğalçı dövlət sülh yolunu anlamasa Azərbaycan sözdən əmələ keçəcək

Tarix:30-05-2020, 19:49
Baxış Sayı:497

İşğalçı dövlət sülh yolunu anlamasa Azərbaycan sözdən əmələ keçəcək


50 saylı Abşeron-Qobustan seçki dairəsinin deputatı Şahin Seyidzadə 28 may tarixində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak edən Cənab Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi “Ancaq onu da bilməliyik və bütün Azərbaycan xalqı bilməlidir ki, bu, sizin üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq” mövzusuna fikirlərini bildirib.

Bizim əzəli torpaqlarımızın işğaldan azad edilməsində Prezidentimizin mövqeyi sarsılmazdır. Cənab Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi cümlələr, xalqımıza əminlik verməlidir ki, peşəkar rəhbərlik bacarıqlarını özündə cəmləşdirən ölkə başçımızın qətiyyətli addımları ilə torpaqlarımız işğaldan azad olunacaq. Artıq bunun nəticəsində məcburi köçkün vətəndaşlarımız tarixi torpaqlarımıza, mədəniyyət beşiklərimizə geri dönəcək. Hal-hazırda ölkəmizin hər bölgəsində aparılan müasirləşmə və infrastruktur yenilikləri, işğaldan azad olunan torpaqlarımızda da gerçkləşdiriləcəkdir.

Ölkəmizin hərbi potensialı və vətənpərvər xalqımız gücümüzü düşmənə sübut edib. Ən son baş tutan Aprel Döyüşlərinin nəticələri, cəbhə xəttində olan peşəkar hərbiçilərimiz və hərbi texnikamız, daima yenilənən müdafiə sənayemiz və ən əsası vətənpərvər oğul və qızlarımız mənfur qonşumuz olan Ermənistana birmənalı olaraq göstəririk ki, biz Ali Baş Komandanın göstərişi ilə ərazi bütövlüyümüzü bərpa etməyə qadir ölkəyik.

Ümumiyyətlə onu deyə bilərəm ki, bu gün Prezident tərəfindən aparılan islahatlar Azərbaycanın daha da güclənməyə doğru inkişafını göstərir. Gələcəyimiz üçün yetişən gənc nəslin savadlı olması, dövlətin iqtisadi və hərbi cəhətdən güclülüyü, aparılan kadr və yenidənqurma islahatlarının müsbət nəticələri Azərbaycanın hər gün daha da gücləndiyi göstəririr. Ölkənin bütün sahələrində yüksək hədəfli inkişaf özünü hərbi sferada, ordumuzda da göstərir. Bacarıqlı hərbçi kadrların formalaşdırılması, vətənpərvər ruhda əsgərlərimizin olması, hərbi texnika bazamızın günü-gündən təkmilləşdirilməsi buna aiddir və ölkəmizin gücünü ortaya qoyur.

Cənab Prezidentin çıxışlarında Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər işğalçılara açıq ismarıcdır və münaqişənin sülh və diplomatiya yolu ilə həlli üçün hal-hazırda da işlər aparılır. Əgər işğalçı düşmən sülh yolunu anlamasa və nəzərə almasa Azərbaycan dövləti sözdən əmələ keçəcək.

Azərbaycan istənilən böhranla bacara bilər
Azərbaycan istənilən böhranla bacara bilər
Qorxmaz Abbasov koronavirusdan vəfat etdi
Qorxmaz Abbasov koronavirusdan vəfat etdi
Abşeronda genişmiqyaslı dezinfeksiya işləri aparılır -Video
Abşeronda genişmiqyaslı dezinfeksiya işləri aparılır -Video
Abşeron rayonunda xüsusi karantin rejimi ilə əlaqədar növbəti reyd keçirilib - FOTOLAR
Abşeron rayonunda xüsusi karantin rejimi ilə əlaqədar növbəti reyd keçirilib - FOTOLAR
İradə Gülməmmədova sakinlər arasında təbliğat işləri apardı
İradə Gülməmmədova sakinlər arasında təbliğat işləri apardı
Əziz Hüseyn bala, onun valideynləri və müəllimlər!
Əziz Hüseyn bala, onun valideynləri və müəllimlər!
Abşeronda COVİD-19 pandemiyası ilə əlaqədar reyd keçirildi
Abşeronda COVİD-19 pandemiyası ilə əlaqədar reyd keçirildi
Abşeronda polis işçiləri təbrik edildi
Abşeronda polis işçiləri təbrik edildi
“Yerli özünüidarəetmədə gender bərabərliyi siyasəti” mövzusunda onlayn videokonfrans keçirildi
“Yerli özünüidarəetmədə gender bərabərliyi siyasəti” mövzusunda onlayn videokonfrans keçirildi
İradə Gülməmmədova növbəti video-görüntülü müşavirə keçirib
İradə Gülməmmədova növbəti video-görüntülü müşavirə keçirib
“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə və bu sahədə qarşıda duran vəzifələr” mövzusunda videokonfrans şəklində görüş keçirilib
“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə və bu sahədə qarşıda duran vəzifələr” mövzusunda videokonfrans şəklində görüş keçirilib
Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçiriləcək
Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçiriləcək
Çəhrayı rəngi ilə görənləri heyran edən Masazır Duz gölü -Video
Çəhrayı rəngi ilə görənləri heyran edən Masazır Duz gölü -Video
“Çiçəklənən Abşeron” layihəsi Novxanıda
“Çiçəklənən Abşeron” layihəsi Novxanıda
Strateji obyektlərimiz ən yüksək səviyyədə qorunur
Strateji obyektlərimiz ən yüksək səviyyədə qorunur
Lider Tv- Qobu qəsəbəsində bir gün ....
Lider Tv- Qobu qəsəbəsində bir gün ....
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 102 il ötür
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 102 il ötür
Xırdalanın Heydər Əliyev prospektinin yenidən qurulması uğurla davam etdirirlər
Xırdalanın Heydər Əliyev prospektinin yenidən qurulması uğurla davam etdirirlər
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır