Abşeron qəzetinin yeni sayı
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
30-11-2018, 19:39 Oxunub: 153

Mehdiabadda məcburi köçkünlər üçün ödənişsiz tibbi aksiya keçirilib

Mehdiabadda məcburi köçkünlər üçün ödənişsiz tibbi aksiya keçirilib


Dövlətimizin başçısının tapşırığına əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi noyabrın 29-da Abşeron rayonunun Mehdiabad qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin ödənişsiz tibbi müayinədən keçirilməsini təşkil edib.

Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində öz yurdundan didərgin düşən qaçqın və məcburi köçkün həmvətənlərimizin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlə təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial siyasətində mühüm istiqamətlərdəndir. Bu kateqoriyadan olan vətəndaşlar üçün layiqli həyat şəraitinin yaradılmasına Birinci vitse-prezident xanım Mehriban Əliyeva da ciddi diqqət və həssaslıqla yanaşır.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, məcburi köçkünlər üçün tikilən qəsəbələrin hər birində tibb məntəqələri fəaliyyət göstərir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu isə ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin müayinə, müalicə, əməliyyat xərclərini öz üzərinə götürərək, onların sağlamlığının bərpası üçün zəruri tədbirlər görür.

Klinik Xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə 23 nəfərdən ibarət həkim briqadası qəsəbədəki tibb məntəqəsində məcburi köçkünlərlə yanaşı, yerli sakinlərə də ixtisaslaşmış tibbi yardım göstərib. Briqadanın tərkibindəki kardioloq, nefroloq, endokrinoloq, qastroenteoloq, ginekoloq, lor, nevropotoloq, pediatr və digər tibbi sahələr üzrə həkimlər ümumilikdə 1870 vətəndaşı müayinə ediblər.

Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən aksiyanın səmərəli keçirilməsi məqsədilə lazımi şərait yaradılıb.

Müayinədən keçmiş şəxslərə ilkin diaqnoz qoyulub, müalicə təyin edilib. Daha ağır vəziyyətdə olanlara xəstəxanaya göndəriş verilib.

Aksiyada iştirak edən məcburi köçkünlər və qəsəbə sakinləri yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkür edib.

Qeyd edək ki, ödənişsiz tibbi aksiyanın məcburi köçkünlər üçün salınmış digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.

Şamo Əliyev

Mehdiabadda məcburi köçkünlər üçün ödənişsiz tibbi aksiya keçirilib
Mehdiabadda məcburi köçkünlər üçün ödənişsiz tibbi aksiya keçirilib
Mehdiabadda məcburi köçkünlər üçün ödənişsiz tibbi aksiya keçirilib
Mehdiabadda məcburi köçkünlər üçün ödənişsiz tibbi aksiya keçirilib
Mehdiabadda məcburi köçkünlər üçün ödənişsiz tibbi aksiya keçirilib
Mehdiabadda məcburi köçkünlər üçün ödənişsiz tibbi aksiya keçirilib
Mehdiabadda məcburi köçkünlər üçün ödənişsiz tibbi aksiya keçirilib
Mehdiabadda məcburi köçkünlər üçün ödənişsiz tibbi aksiya keçirilib
Mehdiabadda məcburi köçkünlər üçün ödənişsiz tibbi aksiya keçirilib
Mehdiabadda məcburi köçkünlər üçün ödənişsiz tibbi aksiya keçirilib
XƏBƏR LENTİ
Dünən, 17:28 | İradə Gülməmmədova yubilyarları təbrik edibDünən, 16:34 | İradə Gülməmmədova növbəti dəfə vətəndaşları fərdi qaydada qəbul edibDünən, 16:28 | Dövlət Gömrük Komitəsinin sədri Hindistanın Azərbaycandakı səfiri ilə görüşübDünən, 16:08 | Azərbaycan ilə Hindistan arasında gömrük sahəsində saziş imzalanacaqDünən, 14:50 | Sergey Markov: "Azərbaycan ümummilli lider Heydər Əliyevin sayəsində Cənubi Qafqazın ən mühüm ölkəsidir"Dünən, 14:48 | "Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün böyük iş aparılır"Dünən, 14:34 | Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilibDünən, 14:30 | Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı ahıska türkləri ilə görüşübDünən, 11:23 | Prezident İlham Əliyev Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirini qəbul edibDünən, 11:18 | Azərbaycan Prezidenti Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edibDünən, 09:45 | Kolumbiyada ölkəmiz barədə sənədli filmin hazırlanması arzusu bildirilib9-12-2018, 19:05 | Masazır və Məhəmmədi qəsəbələrində əhalinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı təmin olunub8-12-2018, 11:39 | Ekspert: Azərbaycanın MDB məkanı üçün nə qədər önəmli olduğunu bu təşkilatın son qeyri-rəsmi sammiti bir daha göstərdi8-12-2018, 10:56 | Yeni AirPods hazırlanır8-12-2018, 10:55 | Ultrasəslə işləyən barmaq izi sensoru hazırlanıb8-12-2018, 10:54 | Android planşetləri üçün WhatsApp olacaq8-12-2018, 09:52 | "Ağıllı" əlil arabaları mimika ilə idarə olunacaq7-12-2018, 16:11 | Qarabağ qaziləri ağacəkmə aksiyasında iştirak ediblər (FOTO)7-12-2018, 15:55 | İradə Gülməmmədovanın Novxanı kənd sakinləri ilə səyyar qəbulu keçirilib7-12-2018, 15:21 | Hikmət Hacıyev: Sankt-Peterburqdakı tədbirdə Prezident İlham Əliyevin Nikol Paşinyanla da söhbəti olub7-12-2018, 15:21 | Polşada “Azərbaycan Ticarət Evi” açılıb7-12-2018, 15:11 | Xırdalan sakinlərinin nəzərinə!