Abşeron qəzetinin yeni sayı
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
19-02-2020, 17:18 Oxunub: 543

Mehdiabad qəsəbəsində koronavirusla bağlı maarifləndirici tədbir keçirilib

Mehdiabad qəsəbəsində koronavirusla bağlı maarifləndirici tədbir keçirilib

Abşeron Rayon Mərkəzi Xəstəxanasının dəstəyi və Mehdiabad qəsəbə həkim ambulatoriyasının təşkilatçılığı ilə Mehdiabad qəsəbə 4 saylı tam orta məktəbdə koronavirusla bağlı maarifləndirici tədbir keçirilib.

İlk önçə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus haqqında hazırlanan slayd təqdim edilib. Toplantını giriş sözü ilə Məktəb direktoru prof. Elnurə Cavadzadə açaraq qonaqları təqdim edib.

Məktəbin müəllimlərinin və yuxarı sinif şagirdlərinin iştirak etdiyi marifləndirici tədbirdə çıxış edən Mehdiabad həkim ambulatoriyasının baş həkimi Qənitə İsmayılova ölkə başçısının tapşırığına əsasən koronavirus və onunla mübarizə metodları haqqında əhali arasında maarifləndirmə işlərinin aparıldığını, respublikada, eləcə də sərhəd-keçid məntəqələrində profilaktik tədbirlərin gücləndirildiyini söyləyib.

Sonra Rayon Mərkəzi Xəstəxanasının həkimi, infeksionist Əminə İsmixanova çıxışında koronovirusun əlamətləri və qorunma üsullarından danışıb. Bildirib ki, ilk dəfə 1960-cı ildə heyvanlarda aşkarlanan xəstəlik növbəti illərdə insanlara da yoluxub və 2003-cü ildə Şiddətli Kəskin Respirator Sindromu (SARS), 2012-ci ildə isə Orta Şərq Respirator Sindromu (MARS) şəklində tələfatlara səbəb olub. O, koronavirusun Çinin Vuhan əyalətində üzə çıxan yeni növünün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2019-nCoV adlandırıldığını, zəif immunitet sistemi olan insanlara tez yoluxduğunu söyləyib. Baş ağrısı, hərarət, öskürmək, asqırmaq, iştahsızlıq, mədə-bağırsaq sisteminin pozulmasının xəstəliyin ilk simptomlarından olduğunu deyən Ə.İsmixanova belə hallarda dərhal həkimə müraciət edilməsinin vacibliyini bildirib. İnfeksionist virusun 60 dərəcədə, eləcə də dezinfeksiya zamanı məhv olduğunu deyib, xəstəliyə yoluxmamaq üçün profilaktik tədbirlərin (xəstə insanlarla təmas zamanı və digər hallarda əlləri yumaq, spirtlə təmizləmək, ət məhsullarını tam bişirmək, immuniteti gücləndirmək, C vitamini qəbul etmək) mütəmadi aparılmasının önəminə toxunub.

Sonda tədbir iştirakçılarını maraqlandıran çoxsayılı suallar həkimlər tərəfindən cavablandırlıb.

XƏBƏR LENTİ
3-04-2020, 15:37 | Abşeronda 800- ə yaxın imtiyazlı ailəyə ərzaq bağlamaları paylanılıb2-04-2020, 23:30 | Millət vəkili Şahin Seyidzadə Aprel şəhidinin ailəsini ziyarət edib31-03-2020, 15:29 | Abşeronda koronavirus pandemiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib28-03-2020, 17:41 | Abşeron gəncləri təhlükəli epidemiyaya qarşı mübarizədə fəal iştirak edirlər28-03-2020, 15:17 | Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - Fotolar27-03-2020, 12:24 | Abşeronda koronavirus əleyhinə ciddi tədbirlər görülür26-03-2020, 16:35 | Kənd və qəsəbələrdə virus əleyhinə profilaktik tədbirlər davam etdirilir24-03-2020, 12:37 | Xırdalanda “Evdə qal, həyatları xilas et! “ adlı maarifləndirici aksiya23-03-2020, 16:24 | Abşeronda koronavirus pandemiyası ilə bağlı həyata keçirilən profilaktik tədbirlər genişləndirilib19-03-2020, 15:27 | Abşeron rayonunda imkansız ailələrə Novruz sovqatı paylanıb19-03-2020, 08:57 | Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun açılışında iştirak edib19-03-2020, 08:49 | Xırdalanın daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur16-03-2020, 14:08 | Digah qəsəbəsində yeni park salınır14-03-2020, 17:13 | Mehdiabad sakinlərinə şad xəbər - vətəndaşların problemləri həllini tapıb14-03-2020, 16:38 | Abşeronda toplanan 2500-dən çox kitab əsgərlərə göndərilib14-03-2020, 16:25 | "Azərbaycan qadını tarixi səlnamələrdə" kitabı işıq üzü görüb14-03-2020, 10:42 | Xırdalanda daha üç möhtəşəm park tikilir - FOTO13-03-2020, 10:37 | Qobu qəsəbəsində 3 yeni yaşayış massivinə qaz çəkiləcək - Prezident sərəncam imzaladı12-03-2020, 18:15 | Masazır Bələdiyyəsi tərəfindən abadlıq-quruculuq işləri davam etdirilir12-03-2020, 18:05 | Saray qəsəbəsinin daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur12-03-2020, 09:02 | Əli Əsədov dollarla bağlı əhaliyə çağırış etdi11-03-2020, 16:11 | Səyyar görüşdə qaldırılan məsələlər öz müsbət həllini tapıb