Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 864 kvadrat metr olan çoxmərtəbəli yaşayış binasının 6-13-cü mərtəbələr arası şaxtadan keçən elektrik kabelləri, həmçinin 13-cü mərtəbədə yerləşən, vətəndaşa məxsus ümumi sahəsi 80 kvadrat metr olan 3 otaqlı mənzilin və binanın çardağının yanar konstruksiyaları yanıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib. Yanğın zamanı aparılan xilasetmə əməliyyatları nəticəsində binanın qalan hissəsi yanğından mühafizə olunub, ümumilikdə 4 nəfər xilas edilib, 22 nəfər isə təhlükəsiz təxliyə olunub. Müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Qeyd edək ki, yanğın şəhərin 28-ci məhəllə adlanan ərazisində çoxmərtəbəli yaşayış binasının şaxtasında meydana gəlib. Güclü külək nəticəsində yanğın binanın dam örtüyünə keçib. Faktla bağlı araşdırma aparılır.
Baş Redaktor: Şamo Əliyev