Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan-Belarus əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Tarix:3-04-2018, 18:33

Azərbaycan-Belarus əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.


Aprelin 3-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Belarus Respublikası Baş nazirinin müavini, Azərbaycan-Belarus hökumətlərarası komissiyasının həmsədri Vladimir Semaşkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə əlaqələrin yüksək səviyyədə olduğu və qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük potensialın mövcudluğu qeyd edilib. Bildirilib ki, ölkə rəhbərlərinin qarşılıqlı səfərləri zamanı əldə olunan razılaşmalar və imzalanan sənədlər əlaqələrimizin inkişafını və birgə layihələrin uğurla həyata keçirilməsini təmin edən amillərdəndir. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş prioritetlərdə göstərilən tədbirlər planına, habelə respublikada kənd təsərrüfatının inkişafı ilə bağlı digər sərəncam və göstərişlərinə uyğun olaraq, Gəncə avtomobil zavodu ilə Minsk traktor zavodu arasında müştərək müəssisənin yaradılması mühüm əhəmiyyət kəsb edir. Bu gün artıq Gəncə avtomobil zavodunun nəzdində fəaliyyət göstərən həmin müəssisədə 10 mininci traktorun yığılıb təhvil verilməsi münasibətilə Belaruslu qonaqların da iştirakı ilə təntənəli tədbirin keçirilməsi bu əməkdaşlığın uğurlu nəticəsi kimi qiymətləndirildi. Azərbaycanlı fermerlərə ən yaxşı hədiyyə olan həmin traktorların, eyni zamanda, regionun digər ölkələrinə də ixracının mümkünlüyünü müzakirə edən tərəflər, ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artırılmasının, qeyri-neft sektorunda, xüsusən maşınqayırma, nəqliyyat, tikinti, ərzaq, kənd təsərrüfatı və digər istiqamətlərdə birgə əlaqələrin genişləndirilməsi üçün ardıcıl məsləhətləşmələrin və təcrübə mübadiləsi keçirməyin zəruriliyini vurğulayıblar.

Görüşdə Azərbaycan-Belarus əməkdaşlığının intensiv davam etdirilməsi üçün qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır