Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycanla Türkmənistan arasında müzakirələr aparılıb

Tarix:31-10-2018, 19:48

Azərbaycanla Türkmənistan arasında müzakirələr aparılıb


İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin, o cümlədən nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Nazir Şahin Mustafayev Azərbaycan və Türkmənistanın dost ölkələr olduğunu, xalqlarımızı ortaq tarixin, dil, din və ənənələrin birləşdirdiyini, dövlət başçılarının siyasi iradəsi nəticəsində əlaqələrimizin inkşaf etdiyini, qarşılıqlı səfərlərin münasibətlərin genişlənməsində önəmini, 2017-ci ildə iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri, nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilməsi və aparılmış müzakirələr Azərbaycan-Türkmənistan əməkdaşlığının inkişafına mühüm töhfəsini verəcəkdir.

İqtisadiyyat naziri qeyd edib ki, hazırda Azərbaycan-Türkmənistan əlaqələri müxtəlif sahələrdə inkişaf edir və bu əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit əlaqələridir. Hər iki ölkənin nəqliyyat-tranzit potensialı böyükdür və bu sahədə əlverişli infrastruktur yaradılıb. Bu infrastrukturdan və potensialdan istifadə olunmaqla nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı üçün imkanlar genişdir. Nazir Şahin Mustafayev bu sahədə əməkdaşlığın inkişafına, məlumat mübadiləsinə, nəqliyyat və logistika strukturları arasında birbaşa və uzunmüddətli əlaqələrin genişləndirilməsinə dair fikirlərini bölüşüb, Azərbaycan-Türkmənistan marşrutunun təhlükəsiz və əlverişli olduğunu, bu marşrutdan digər ölkələrin də istifadə edə biləcəyini vurğulayıb.

Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyev ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, bu günkü görüşün də əlaqələrin genişlənməsi, xüsusilə nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı baxımdan əhəmiyyətli olacağını qeyd edib, əməkdaşlıq imkanlarına dair fikirlərini bildirib.

Görüşdə Xarici İşlər nazirinin müavini Xələf Xələfov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın baş direktoru Taleh Ziyadov, Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov iştirak ediblər.Görüş nəqliyyat sektorunun müxtəlif sahələri üzrə ikitərəfli müzakirələrlə davam edib.

Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var