Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında deyib.
S.Lavrovun səfəri dekabrın 14-ü baş tutacaq.