Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Türkiyənin səfiri: Heydər Əliyev kimi tarixi şəxsiyyətlər nadir hallarda dünyaya gəlirlər

Tarix:13-12-2018, 14:59

Türkiyənin səfiri: Heydər Əliyev kimi tarixi şəxsiyyətlər nadir hallarda dünyaya gəlirlər


“Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət və hökumət rəsmiləri, ictimai təşkilatları dəfələrlə Tbilisidə tədbirlər keçiriblər. Siyasət, iqtisadiyyat, mədəniyyət və digər sahələrlə əlaqəli olan o tədbirlərin heç birində siyasətçilərin, elm və mədəniyyət xadimlərinin, diplomatların birgə iştirakını görməmişdik. Heydər Əliyevin anım günü ilə əlaqədar Tbilisidə, Gürcüstan Milli Elmlər Akademiyasında keçirilən mərasimdə isə biz bu insanların hamısının iştirakını gördük. Böyük siyasi xadim Heydər Əliyev ölümündən sonra da bizi bir yerə toplaya bildi. Bu, çox nadir hadisədir”.

Diplomat vurğulayıb ki, Heydər Əliyev keçmiş sovetlər dövründə bu regionun coğrafiyasını, insanların ruhunu dərindən bilən çox nadir liderlərdəndir.

Səfir daha sonra deyib: “Tarixə nəzər salsaq görərik ki, çox çətin, qaranlıq bir dövrdə Heydər Əliyev, onunla bərabər Süleyman Dəmirəl və Eduard Şevardnadze bizim xalqlarımız üçün olduqca vacib qərarlar qəbul ediblər. Onlar Azərbaycan, Türkiyə və Gürcüstanın birgə iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi irimiqyaslı layihələrin reallaşdırılması ideyasını irəli sürüblər. Bu, o dövr üçün ağlasığmaz və mümkünsüz ideyalar idi. Lakin başda Heydər Əliyev olmaqla bu liderlər ideyanı həyata keçirə bildilər. Bu gün biz görürük ki, onların göstərdikləri fədakarlıqlar bizim üçün geniş imkanlar yaradıb. Bu gün biz həmin layihələrdən bəhrələnirik, insanlarımız xoşbəxtdirlər. Gürcüstan və gürcü xalqı da bunu yaxşı bilir. Bugünkü tədbirdə elm adamları ilə yanaşı, siyasətçilərin, iqtisadçıların, mədəniyyət və digər sahələrin nümayəndələrinin iştirakı bunu bir daha sübut edir”.

“Heydər Əliyev kimi tarixi şəxsiyyətlər nadir hallarda dünyaya gəlirlər. Onlar özlərindən sonra da zəngin miras qoyub gedirlər. Biz də bu mirasa sahib çıxmalıyıq və çıxırıq da”, – deyə səfir vurğulayıb.

Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var