Abşeron qəzetinin yeni sayı
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
28-12-2018, 10:35 Oxunub: 193

Baş nazirin müavini: 2018-ci il Azərbaycan üçün çox uğurlu və əlamətdar hadisələrlə zəngin oldu

Baş nazirin müavini: 2018-ci il Azərbaycan üçün çox uğurlu və əlamətdar hadisələrlə zəngin oldu


2018-ci il Azərbaycan üçün çox uğurlu və əlamətdar hadisələrlə zəngin oldu. Bunu Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl, səmərəli və məqsədyönlü siyasət nəticəsində siyasi, iqtisadi, sosial, humanitar, mədəniyyət, idman və digər sahələrdə tarixi əhəmiyyətə malik möhtəşəm nailiyyətlər əldə olundu: “Bu müddət ərzində ölkəmizdə bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar həyata keçirildi, Azərbaycan iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı davam etdi. Cari ildə bir çox mühüm infrastruktur layihələrin uğurla icra olunması, xüsusilə də nəqliyyat və neft-qaz sektorunda tarixi nailiyyətlərə imza atılması təqdirəlayiq haldır”.

Baş nazirin müavini qeyd edib ki, nüfuzlu beynəlxalq reytinq agentlikləri də ölkəmizin sosial-iqtisadi inkişaf istiqamətində əldə etdiyi uğurları yüksək qiymətləndirirlər: “Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan ötən illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, 10 ən islahatçı dövlət siyahısına daxil edilib. Bundan başqa, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı da Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı nailiyyətləri əks etdirir”.

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəzifələrin icrası istiqamətində görülən işlər beynəlxalq miqyasda müsbət dəyərləndirilir. Azərbaycan hökuməti bu istiqamətdə öz vəzifələrinə kifayət qədər məsuliyyətlə yanaşır: “Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və Şuranın daimi əsaslarla fəaliyyət göstərən katibliyi formalaşıb. Azərbaycan hökuməti Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələri həyata keçirmək üçün bütün qüvvələrini səfərbər edib və Milli Əlaqələndirmə Şurası qısa vaxt ərzində bir çox mühüm işlər görüb”.

İcra katibi əlavə edib ki, şübhəsiz ki, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahının yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri ölkəmizdə mövcud olan etibarlı təhlükəsizlik və sabitlik mühitidir: “2018-ci ildə beynəlxalq vəziyyətin gərginləşməsinə, ayrı-ayrı regionlarda qanlı toqquşmaların, müharibələrin baş verməsinə baxmayaraq, Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adası kimi tanınır. Ölkəmizdə sabitliyi təmin edən başlıca faktor isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu, eləcə də xalq-iqtidar birliyidir”.

Ə.Əhmədovun sözlərinə görə, nəticə etibarilə, Azərbaycanda 2018-ci ilin mənzərəsi müsbət xarakterlidir, cari ildə bütün sahələrdə möhtəşəm nailiyyətlərin qazanılması ölkəmizin qüdrətinin daha da artmasını təmin edib, qarşıda yeni perspektivlər açıb.
XƏBƏR LENTİ
16-01-2019, 15:32 | Abşeron RİH havanın kəskin pisləşəcəyi ilə əlaqədar uşaq bağçalarına xəbərdarlıq etdi16-01-2019, 15:28 | Abşeron RİH hava şəraiti ilə əlaqədar qərargah yaratdı16-01-2019, 13:43 | Xırdalanın bu bağçasında uşaqlara 20 Yanvar faciəsi haqqında məlumat verilib15-01-2019, 16:33 | DTX-nin Mədəniyyət Mərkəzi bu dəfə abşeronlu uşaqları sevindirib15-01-2019, 10:17 | Xırdalanda yeni park salınır – FOTO12-01-2019, 17:01 | Abşeron RİH-in təşəbbüsü ilə Saray internat evində Yeni il şənliyi təşkil edilib12-01-2019, 16:35 | “Fənn kurikulumlarının tətbiqi: reallıqlar və hədəflər” mövzusunda zona müşavirəsi12-01-2019, 16:03 | Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş taekvando üzrə birincilik keçirilib11-01-2019, 16:49 | Xırdalan şəhərində növbəti ağacəkmə aksiyası keçirildi4-01-2019, 16:20 | İradə Gülməmmədova Digah qəsəbəsində sakinlərlə görüşdü4-01-2019, 12:14 | Azərbaycan səfirinin Fransanın “Winner” jurnalında müsahibəsi dərc olunub4-01-2019, 12:12 | Deputat: 2018-ci ildə Azərbaycan böyük iqtisadi uğurlara imza atdı4-01-2019, 10:21 | Türkiyə və ABŞ gəmiləri birgə hərbi təlim keçirib3-01-2019, 10:34 | Çinin kosmik gəmisi Ayın görünməyən səthinə enib3-01-2019, 10:32 | Prezident Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib30-12-2018, 11:53 | Xırdalan şəhər 24 saylı körpələr evi-uşaq bağçasında Yeni İl şənliyi28-12-2018, 12:13 | Xırdalan 3 saylı uşaq bağçasında bayramlar münasibəti ilə şənliy keçirilib.28-12-2018, 12:12 | Hindistan səfiri Azərbaycandan getdi28-12-2018, 12:10 | Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib28-12-2018, 12:05 | Saray və Ceyranbatan qəsəbə sakinlərinin nəzərinə28-12-2018, 11:02 | Prezident İlham Əliyev Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yeni yolun açılışında iştirak edib28-12-2018, 10:54 | 1 saylı bağçasda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə bayram şənliyi